18:15 03.03.2018 1509

Yunis Hüseynov: "85-ci dəqiqədən sonra bir az həyəcanlandım və fikirləşdim ki..."

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XVIII turunda "Səbail" üzərində evdə 2:1 hesablı qələbə qazandıqları oyundan sonra mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlki qarşılaşmanı dəyərləndirib. 

- Oyun çox ağır keçdi. Qələbə istəyimiz böyük idi. Qış fasiləsindən sonra xal qazanmamışdıq. Ancaq oyunumuz pis deyildi. Komandamdan razı idim. Ancaq əfsuslar olsun ki, son dəqiqələrdə bir səhvdən qol buraxaraq uduzmuşduq. Ən çətin oyun bugünkü idi. Çünki "Səbail" "Qəbələ"yə qalib gəldiyindən ruh yüksəkiyi vardı. Futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Sevindirci haldı ki, yaxşı oyunla qalib gəldik. İnanıram ki, bu qələbənin davamı gələcək. "Səbail"i də uğurlar arzlayıram. Çalışacağıq ki, növbəti matçlarda daha yüksək səviyyədə oynayaq. 

- İki futbolçunuz - Dedimar Fereyrayla İlkin Sadıqov bu gün zəif oynadılar. Dedimarı fasilədə əvəzləsəniz də, İlkini sonradan dəyişdiyiniz. Ona bu qədər şans verməyə nə lüzum vardı?
- Deməzdim ki, onlar zəif idilır. Dedimarın qolda səhvi vardı. Həm də sərt oynayırdı, sarı vərəqəsi vardı. Qorxdum ki, ikinci "sarı"nı alaraq meydandan çıxarılar. Ona görə fasilədə dəyişdim. İlkindən isə narazı qalmamışdım, meydanda mübarizə aparırdı. Futbolda texniki səhvlər olur. Buna önəm vermirəm. Əsas biz deyən tapşırıqları yerinə yetirməkdi ki, Sadıqov onu edirdi. 

- Məşqçilik karyeranızda yubiley - 250-ci oyunu keçirdiniz...
- Açığı, bunu bilmirdim. Xoş sürpriz oldu mənim üçün.  

- Bu qələbəni komandanızdan sizə yubiley hədiyyəsi sayırsınız?
- Sağ olun ki, bu yubileyi yadıma saldınız. Sevinirəm ki, komandam məni belə bir matçda ilk qələbəylə sevindirdi.  

- İlk hissədə Darioyla söhbələşərək ona nəyisə başa salırdınız. Maraqlıdı, braziliyalı futbolçuyla nə dilində danışırsınız?
- Futbol terminləri eynidi. Darioya başa salırdım ki, qaçırdığı epizodda topu birbaşa qapıya vurmalı idi. Hər halda, ingilis dilində olan "shoot" sözünü bilirəm (gülür). 

- Sizcə, Federiko əvvəlki formasını bərpa edib?
- Deməzdim. İstək var, ancaq əvvəlki formasına hələ düşməyib. Ümumiyyətlə, komandam hələ mən istədiyim futbolu oynamır. Yeni komandadı və zaman lazımdı. 

- Gürcü futbolçunuz hesabında sarı vərəqə ola-ola çox aqressiv oynayırdı. Az qala 2-cini alaraq meydandan qovulacaqdı...
- Düzdü, o, sərt oynayırdı. Fasilədə nəinki gürcü legionerimizə, bütün futbolçularımıza tapşırmışdım ki, ehtiyatlı oynayın. Giya sərt oynayanda kapitanımız Şəhriyar Rəhimova dedim ki, ona başa sal ki, o dərəcədə sərt oynamasın. 

- "Kəpəz" bu il son 10 dəqiqədə qol buraxaraq uduzub. 80-ci dəqiqədən sonra düşündünüz ki, yenidən qol buraxaraq uğursuz nəticəyə imza atacaqsınız?
- Açığı, 80-ci  yox, 85-ci dəqiqədə sonra bir az həycanlandım. Çünki Bakıdakı matçlarımızda qolu həmişə o vaxt buraxırdıq. Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq.

- Buna son qoyduğunuzu demək olar?
- Yəqin ki, son qoyduq. Ancaq bunu zaman göstərəcək. 

- Murad Səttarlı niyə hələ də oynamır?
- O, Antalyada çox ciddi almışdı. Buna görə də xeyli müddət hazırlıqdan kənarda qaldı, formadan düşdü. Bu yaxında sağalıb və artıq komandayla məşqlərə başlayıb. 

- Müdafiədə dəyişiklik etməyiniz nəylə bağlıdı? Şəhriyar Əliyev sağ cinah müdafəçisi oynayırdı...
- O, futbola məhz bu mövqedə başlayıb, sonra mərkəzdə oynayıb. "Səbail"də ucaboylu, başla yaxşı oynayan futbolçu çox olduğundan müdafiədə taktiki dəyişiklik etdim. Dedimarı dəyişdikdən sonra Şəhriyar mərkəzə qayıtdı. Sizə deyim ki, Əliyev sağda pis oynamadı. (Sport24.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X