18:18 08.04.2018 1822

Qurban Qurbanov: "Elvindən 13-cü dəfə də bunu gözləmək olar"

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XXII turunda hazırda ikinci hissəsi gedən "Zirə” – "Qəbələ” matçını izləyənlər arasındadı. Mütəxəssis qarşılaşmanın fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

- İlk hissəyə əsasən təəssüratlarınız necədi?
- Hələ oyun başa çatmayıb. Bir matça fikir bildirmək də doğru olmaz. Bütün futbolçuların çıxışını, statistik göstəricilərini təhlil edirik. 3-5 oyundanbir təhlil aparırıq ki, futbolçuların hazırlıq səviyyəsi necədi və oyuna nə dərəcədə faydası dəydi.

- "Qəbələ”nin heyətində məcburi dəyişiklik oldu. Milli üzvlərindən sayılan Aqil Məmmədovun sanki artıq çəkisi var...
- Mənim də ilk gözümə dəyən bu oldu.

- Ruslan Qurbanov müdafiənin cinahında çıxış edir. Özünü necə göstərir?
- İlk dəfə deyil. Bəzi matçlarda müdafiədə oynayır. "Keşlə” ilə qarşılaşmada hücumda çıxış edirdi. Baş məşqçisi bu dəfə belə qərar verib. Məni sevindirən odu ki, futbolçu bu məsuliyyəti dərk edir, baş məşqçi də düşünür ki, hansı mövqeyə qoysa, orda ondan istədiyi keyfiyyəti ala biləcək.

- Toplanışlarda "Zirə”dən heç kimi görmürük. Bu gün diqqətinizi çəkən biri varmı?
- Biz bütün oyunları izləyirik. Əvvəl də bildirmişdim ki, hər toplanışda fərqli adlar olsun. Görünür, həmin vaxt digər oyunçuların hazırlıq səviyyəsi daha yaxşı olub. Bu gün kimsə çağırılmırsa, o demək deyil ki, sabah sıralarımızda olmayacaq. Hamısını nəzarətdə saxlamağa çalışırıq.

- Elvin Yunuszadəni necə oldu ki, bağışladınız? Özü bildirdi ki, Qurban müəllimlə fərdi söhbətim oldu. Maraqlıdı, ona nə dediniz?
- Elvin elə insandı ki, ondan 3-cü yox, 13-cü dəfə də belə hal gözləmək olar. Amma mən də belə hallarda futbolçu vaxtlarımı göz qabağına gətirirəm. Dəfələrlə olub ki, məşqçilər hərəkətlərimə göz yumub, bağışlayıblar. Belə hallar olur, amma cəzalandırmaq mütləqdi. Bəzən 1-3 aylıq cəzalanır, bəzən pul cəriməsi olunur. Komandada 20 fərqli insan varsa, mütləq belə vəziyyətlərlə üzləşəcəyik. Hətta evdə 3-5 uşağın varsa, görürsən ki, onlardan biri ərköyün olur. Əsas odu ki, səhvini başa düşsün, özünü bir az yığışdırsın. Bu, bütün futbolçulara aiddi. Öz işinə sevgi olmasa, uğur əldə etməyin mümkün deyil. Elvinlə söhbətimiz oldu. Bunu indi danışmağa ehtiyac yoxdu. 
 
- Rüfət Dadaşov bildirib ki, Azərbaycan millisinə dəvət almaq üçün III Bundesliqa klubuna keçib. Həmçinin onun qardaşı Renat Dadaşov intizamsızlığına görə "Ayntraxt”dan qovulub. Bu məsələlərə münasibət bildirərdiniz...
- Meydanda 11 oyunçu olur. Hər toplanışa isə 30-40 nəfər dəvət edə bilmərik. Bir şeyi əminliklə deyə bilərəm ki, bütün oyunçular nəzarətimiz altındadı. Milliyə görə peşəkar komanda seçmək düşüncəsi sevindiricidi. Kimin potensialı, istəyi daha çox olacaq, çalışacağıq ki, ona şans verək. Renat haqda isə çox danışmağa ehtiyac yoxdu. İnsandı, ola bilər ki, 1 il özünü pis aparsın, sonra yaxşı aparsın və böyüsün. Bəlkə də, gənc yaşların səhvləridi. Renat həm U-21-də, həm də əsas komandada olub. Mənim üçün vacibi onun işinə peşəkar yanaşması, stabil çıxış etməsidi.

- Milli üzvlərinin 90 faizindən çoxu daxili çempionatda çıxış edir. Premyer Liqada da temp, demək olar ki, yoxdu. Bu amil seçim zamanı işinizi çətinləşdirmir?
- Biz nə seçim varsa, onu edirik. Çalışırıq daha yaxşılarını cəlb edək. Bəzən səhvlərimiz ola bilər, nədəsə yanıla bilərik. Oyunçu meydanda və həyatda fərqli davrana bilər. Tempə gəldikdə, sürəti mütləq artırmalıyıq. Amma yanvardan bəri sürət, mübarizə, oyun nizam-intizamı baxımından bütün komandaların oyunlarında yaxşılığa doğru dəyişiklik görürəm. Bu hal məni bir az sevindirir. Ancaq çox azdı.

- Milli komandalarda sistem formalaşmaqdadı. Bəs təsisləşmə baxımından vəziyyət nə yerdədi? Ayrı ofisə köçmək, yeni sosial şəbəkə açmaq yaxın zamanda planda varmı?
- Ofislə bağlı işlər gedir. Tam hazır olmalıdı. Bu, bir günün içində olan şey deyil, müəyyən vaxt lazımdı. Aylar keçdikcə bunları hissə-hissə həyata keçirməyimiz müsbət hal olacaq. Çalışırıq rəhbərliklə bir yerdə yaxşı iş ortaya çıxaraq.(Apasport.az)

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X