13:25 10.04.2018 1642

Millimizin futbolçusu: "Çox pis olmuşdum"

Ötən tur 200-cü oyununu keçirən "Zirə”nin kapitanı, millimizin üzvü Anar Nəzirovun futbola necə gəldiyini bilirdinizmi?
 
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu PFL-in "facebook" səhifəsində danışıb.
 
Həmin açıqlamanı təqdim edirik:

"2004-cü ilin iyun ayı idi. "Gəncə” Şahin Diniyevin rəhbərliyi altında Qaxa təlim-məşq toplanışına gəlmişdi. O vaxt stadion bizə yaxın idi, bütün kənd uşaqları kimi biz də gedib orda top dalınca qaçırdıq. 

Adi günlərdən biri idi, işlədiyim kafedə idim. Dostum zəng elədi ki, "Gəncə” Qaxda məşq edir, gedək onların məşqinə baxaq, sonra özümüz məşq edərik. Həmin gün "Gəncə” ikitərəfli oyun oynadı. Bilmirəm, nə sirri-xudadı həmin gün "Gəncə”nin qapçısı Tariyel hansısa problemlə bağlı şəhərə qayıdası olmuşdu. Deyəsən, pasportunu yeniləmək üçün getmişdi. İki tərəfli oyun vaxtı, "Gəncə”nin qapıçı-məşqçisi çərçivəyə keçəsi oldu. Bu vaxt kimsə Şahin müəllimə dedi ki, kənarda bir uşaq var, boyu-buxunu pis deyil, bəlkə onu qapıya qoyaq? Mən də uşaqlarla oynayanda qapıda durmuşdum, az-çox top tuta bilirdim. 
Şahin müəllim məni işarə ilə çağırdı, dedi "neçə yaşın var”. Dedim 19. İndiki kimi yadımdadı Şahin müəllim qayıtdı ki, 19 yoxsa, 29? Cavabımı təkraralayıb qapıya keçdim. Allah mənə güc verdi, hər şey yaxşı qurtardı. Yeni mühit, heç kimi tanımıram, heç kimlə münasibətim yoxdur. Oyun bitdi, mən də üst-başımı çırpıb təmizlədim yola düzəldim. Birdən dedilər ki, məşqçi səni çağırır. Şahin Diniyev məndən soruşdu ki, "futbolçu olmaq istəyirsən”? Həyatım gözümün qabağına gəldi, kafedə işləyən, aya 12 "şirvan” qazanan bir adam üçün yeni həyat başlaya bilərdi. "Hə” dedim və "Kəpəz”in məşqlərinə qoşuldum. İlham Yadullayev, Xaliq Mərdanov, Vidadi Rzayev, Azər Məmmədov kimi təcrübəlilər mənə dəstək oldular. Budəfəki məşq mənim üçün sonuncu ola bilərdi. Çünki komanda Gəncəyə qayıdırdı və Diniyev mənə heç nə deməmişdi. Elə bildim ki, bəyənməyib və səssiz-səmirsiz çıxıb gedəcəklər mən də köhnə həyatıma dönəcəm. 

...Çox pis olmuşdum. Birdən bir səs məni yuxudan ayıltdı. Əlövsət müəllim qaça-qaça gəldi ki, "a kişi hardasan? Şahin müəllim səni yuxarıda, yaşıl parkda gözləyir”. Bir neçə dəqiqədən sonra Şahin müəllimin yanında idim. Sonrakı sözlər isə həyatımı dəyişdi. 2 illik müqavilə, maaş, Premyer Liqa... bütün bunlar mənim üçün möhtəşəm təsadüflər idi. Allah həmin gün mənim üçün hər şeyin ən yaxşısnı eləmişdi. "Gəncə”də ilk maaşım 50 dollar oldu. Etiraf edim ki, dolları birinci dəfə idi görürdüm”.

Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X