20:50 12.04.2018 1666

Tərlan Əhmədov: "2:0 olanda vəzifəni yerinə yetirdiyimizi düşünürdüm"

"Kubok oyunu həmişə ağır olur. Amma oyuna həddən artıq köklənmişdik. İlk görüşdə kubokun taleyini həll etmək istəyirdik. Bu gün komandam hücum futbolu oynadı, qələbə qazandı. Futbolçulara və fanatlara təşəkkür edirəm. Onların sayəsində daha ağressiv oyun sərgilədik. Aprelin 15-də süni örtükdə "Zirə"yə qarşı vacib oyuna çıxacağıq. Çalışacağıq ki, hər iki cəbhədə mübarizəmizi davam etdirək".
 
Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan (1:0) sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

Baş məşqçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qəbələ"yə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: "Hesab 2:0 olanda vəzifəni yerinə yetirdiyimizi düşünürdüm. Ancaq hətta 3 top fərqinin də cavab oyununda yetərsiz qaldığını Çempionlar Liqasında da gördük. Bütün məsələlər cavab matçında həll olunacaq. Rəqibin gücünə bələdik. Cavab qarşılaşmasında daha aqressiv oynayacağıq. Bu gün komandam yüksək templi oynayıb gözəl qələbə qazandıq. Oyunun sonları daha dramatik alındı. Bu komandaya gələndən hücum futbolu və qol vurmağı təlqin etmişəm. 2:0-dan sonra nələrin baş verdiyinə futbolçular qərar verir. Strategiyamda müdafiədə oturmaq yoxdu. Qalib gəlmişiksə, deməli, nəticə qaneedicidi".
Tərlan Əhmədov sıx qrafiklə oynamalarına görə narahat deyil: "Yetərincə futbolçularımız var. Yeganə narahatlığımız Ruslan Abışovun yoxluğudu. Əlimizdəki materialdan istifadə edəcəyik. Peşəkarlıqdan, avrokuboklara vəsiqələrdən danışırıqsa, hər bir futbolçu bunu dərk etməlidi. Biz də əlimizdən gələni edəcəyik ki, bu hal təkrarlanmasın".

Mirabdulla Abbasovla Emin Mahmudovun ehtiyatda qalmasına münasibət bildirən baş məşqçi yeni transfer Soni Mustivardan danışıb: "İki gündən sonra oyunumuz var. Rotasiyalar etməliyik. Mirabdulla və Emin neçə turdu əsas heyətdə oynayırdı və ona görə bu dəfə onlara dincəlmək imkanı verdik. Lukas Qomeşə çoxdandı şans verməmişdik, bu gün yüksək səviyyədə çıxış etdi. Məndə əsas və ehtiyat heyət yoxdu. Məşqlərdə kim özünü yaxşı göstərirsə, o da şans qazanır. Bu gün Mustivar da çox yüksək səviyyədə oynadı. Heyətə düşmək hər futbolçunun öz əlindədi. Bunun üçün məşqlərdə özlərini yüksək səviyyədə göstərməlidilər".

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X