13:08 17.04.2018 2688

Kamran Quliyevin unutduğu adamlar

- "Neftçi”nin son zamanlar uğurlu çıxış etməsində əsas rolu nə oynayır?
- Futbolçular, məşqçi heyəti, bütün sıravi işçilər, rəhbərlik və sponsorlar. Bu "beşlik"!

Sitat "Neftçi”nin prezidenti Kamran Quliyevin "Zirə”yə qalib gəldikləri oyundan sonra verdiyi müsahibədəndi. Ondan "uğurun sirri”ni soruşublar. Klub prezidentinin də cavabı belə olub. Həqiqətənmi belədi, yoxsa Kamran bəy kimisə unudub?

Hər bir işdə iki cür məsuliyyət payı var. Biri maddi məsuliyyətdi, digəri mənəvi. Bu yazını qələmə alarkən saytımızın baş redaktorunun və oxucularının qarşısında məsuliyyət daşıyıram. Oxucuların qarşısındakı məsuliyyətim mənəvidi. Çünki onlar qiymətli zamanlarından ayırır, mənim yazımı oxuyurlar. Amma redaktorun qarşısında daşıdığım məsuliyyətdə maddiyat da var. Axı, ondan bu yazıma görə qonorar alıram. Deməli, redaktorun etimadını doğrultmaqla yanaşı, onun verdiyi qonorarın qarşılığında əlimdən gələnin ən yaxşısını etməli, aldığım pula dəyən məhsul ortaya çıxarmalıyam.

Futbolda da belədi. Başda Kamran Quliyev olmaqla "Neftçi”nin məşqçiləri, futbolçuları və sıravi işçiləri aldıqları maaşın qarşılığını verməyə borcludular. Onlar gördükləri işin qarşılığında maaş alırlar. İşini vicdanla görmək isə hər bir işçinin, vəzifə sahibinin borcudu. Sponsorlarla bağlı məsələ də hamımıza aydındı. Adından göründyü kimi, "Neftçi” neft pullarının sayəsində ayaqda durur. Neft Azərbaycan xalqının sərvəti, "Neftçi” də "xalq komandası”dı. Deməli, sponsorlar da xalqın sərvətindən ayrılmış pulu xalqın komandasında verməklə fövqəladə nəsə etmirlər.

Fevralın 16-a qədər Kamran Quliyev "Sumqayıt”ın prezidenti kimi maaş alırdı, orda çalışırdı. Həmin vaxt o, "gənclik şəhəri”ni təmsil edən komandanın uğurları üçün məsuliyyət daşıyır, əmək sərf edirdi. Eləcə də digərləri. Tərlan Əhmədov çox yaxın keçmişdə AZAL-ın baş məşqçisi idi və "Neftçi”yə qarşı komandasını meydana çıxarırdı. Yaxud da "Neftçi”nin hər qələbəsindən sonra selfi çəkilişində baş rolda olan tərcüməçi əvvəllər "Bakı”nın əməkdaşı idi. Eşitdiyimə görə, oyundan-oyuna "Neftçi”də paylanılan mükafatların da miqdarı artırılır. Təsadüfi deyil ki, futbolçuları təbrik etmək üçün rəhbərlik paltardəyişmə otağına daxil olandan sonra ordan sevinc səsləri eşidilir.

Bütün bunlar o deməkdi ki, rəhbərlik də, işçilər də, futbolçular da hər nə qədər "Neftçi”ni sevsələr, ürəkdən ağ-qara rənglərə bağlı olsalar da, məsələnin maddi tərəfini heç vaxt unutmurlar və bu gün ona görə ordadılar ki, maaş alır, pul qazanırlar. Buna görə heç kimi qınamaq olmaz, həyatın qanunudu. Bəli, cənab Quliyev düz deyir, "Neftçi”nin uğurunda rəhbərlikdən tutmuş sıravi işçiyə qədər hər birinin zəhməti var. Amma Kamran bəy çox vacib bir məqamı unudub.

Düzgün təxmin etdiniz. Klub prezidenti soyuqda-istidə, ən pis günündə belə "Neftçi”nin yanında olan, qarşılıqsız sevginin əsirinə çevrilən azarkeşləri unudub. Onlar öz zəhmətlərinin qarşılığında maaş almırlar, öz ciblərindən xərc çəkirlər. Komandanın dirçəlməsində "Forza Neftçi” başda olmaqla bütün azarkeşlərin də böyük rolu var. Bunu danmaq haqsızlıq, ədalətsizlikdi. Onlar unudulmağa layiq deyillər. Təklif edirəm ki, ilk imkandaca səhvinizi düzəldin!

Mənbə: sport7.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X