19:53 28.04.2018 2095

"Qəbələ" həsrəti darmadağınla bitirdi, "Neftçi" uduzdu

Topaz Premyer Liqasında XXV turun oyunları davam etdirilib. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Günə paytaxt derbisi ilə start verilib. 8 oyundu uduzmayan "Neftçi” Avropa Liqasına bir addım da yaxınlaşmaq üçün "Keşlə”ni itkisiz keçməli idi. Tərlan Əhmədovun yetirmələri ardıcıl 3-cü qələbəni qazansa, ən azı bir günlük 3-cü pilləyə yüksələcək və "Sumqayıt”ın büdrəməsinə ümid edəcəkdi. 

Oyuna fəal başlayan "Keşlə" 21-ci dəqiqədə Vaqif Cavadovun qoluna sevinib. Məğlubiyyətdən qaçmaq istəyən "Neftçi"nin səyləri 42-ci dəqiqədə nəticə verib. Namiq Ələsgərovun qolu matçda bərabərliyi təmin edib. Lakin "Keşlə" 68-ci dəqiqədə qələbə qolunu vura bilib. Bu dəfə Adrian Skarlatake fərqlənib - 2:1. Bununla da çempionatda iddiası olmayan "Keşlə” ardıcıl qol vurduğu oyunların sayını 11-ə çatdırıb. Yuri Maksimovun yetirmələri 2018-ci ildə keçirdiyi bütün matçlarda rəqib qapısına yol tapıb. "Neftçi" isə 8 oyundan sonra yenilərək ən azı bir günlük 3-cü pilləyə yüksəlmək şansını itirib.

Mükafatlara iddialı "Qəbələ” çempionatın autsayderi "Kəpəz”i qəbul edib. Roman Qriqorçukun yetirmələri 5 oyunluq qələbə həsrətini darmadağınla qırıb. I dövrədə evdə bu rəqibə uduzan "qırmızı-qaralar” doğma azarkeşlər önündə həmin məğlubiyyətin əvəzini çıxıb - 3:0. 

Hər 3 qol ilk yarıda vurulub. Hesabı 31-ci dəqiqədə Filip Ozobiç açıb. 8 dəqiqə sonra Stiven Monroz fərqlənib. İlk yarının son dəqiqəsində isə Cavid Hüseynov yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə yenib. Tura sabah keçiriləcək "Sumqayıt" - "Səbail" oyunu ilə yekun vurulacaq.
 
Topaz Premyer Liqası
2017/18 mövsümü
IV dövrə, XXV tur

28 aprel
16.00 Keşlə - Neftçi 2:1
Qollar: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68Namiq Ələsgərov, 42.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
Neftçi: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Koll, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 26. Ömər Buludov, 9. Lukas Qomes, 19. Fransisko Qarsiya, 12. Mayk Kampaz.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Mövsümün əvvəlki oyunları - 0:2, 1:3, 2:3.
Bakı. "İnter Arena”.

Qəbələ - Kəpəz 3:0
Qollar: Filip Ozobiç, 31. Stiven Monroz, 39. Cavid Hüseynov, 45.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Kəpəz: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 5. Tural Nərimanov, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 7. Roman Hüseynov, 91. Dario Federiko, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov.
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 6. Ceyhun Cavadov, 10. Tural Rzayev, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim-inspektor: Murad Məmmədov.
Mövsümün əvvəlki oyunları - 0:2, 6:1, 1:0.
Qəbələ şəhər stadionu.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

25

19

5

1

36:9

62

2

Qəbələ

25

13

6

6

40:24

45

3

Sumqayıt

24

11

6

7

31:26

39

4

Neftçi

25

11

4

10

33:26

37

5

Zirə

25

9

8

8

31:28

35

6

Keşlə

25

6

6

13

24:38

24

7

Səbail

24

5

5

14

16:33

20

8

Kəpəz

25

3

4

18

15:42

13

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 12.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X