14:05 01.05.2018 2306

Elxan Məmmədova dur deyən tapılacaq?

Mövsümün sonu yaxınlaşdıqca mövbəti futbol ili ilə bağlı müzakirələr qızışır. İndi əsas müzakirə mövzusu 2018/19 mövsümündə Premyer Liqada neçə komandanın çıxış edəcəyidi. 

Reqlamentə əsasən, Premyer Liqanın sonuncusu I diviziona düşməli, aşağı liqanın qalibi isə yuxarı qalxmalıdı. Amma növbəti mövsümdən etibarən güclülər dəstəsindəki komandaların sayının 10-a çatdırılması ehtimalı var. Bu isə Premyer Liqanı heç kimin təkr etməməsi və aşağıdan iki komandanın gəlməsi deməkdi. 

Bəs hansı komandalar güclülər dəstəsinə gələcək? Məhz elə bu yerdə "Kərəmi ağlamaq tutur". Yüksək peşəkarlıqdan, futbolumuzun güllü-çiçəkli inkişafından dəm vuran AFFA-nın nə normal reqlamenti, nə də qəbul etdiyi bir qərar var. Mövsümün sonuna 3-4 tur qalıb, amma hələ hansı komanda aşağı düşəcəyini bilir, nə də yuxarı qalxacağını... Premyer Liqada komandaların sayı artırılsa, aşağı liqada ilk iki pilləni tutan komandalar bu vəsiqələrə sahib çıxmalıdı. Onlar imtina etsə, növbəti yerlər...

Hazırda I diviziona liderlik edən "Xəzər" yarandığı gündən Premyer Liqa iddiasını ortaya qoyub, klub israrla güclülər dəstəsində çıxış etmək istədiyini deyir və bunun üçün lazım olan bütün addımları atır. Lakin hələ də AFFA onlar üçün "yaşıl işıq" yandırmır. Baş məşqçi Elşad Əhmədovun son açıqlamasından da hiss olunur ki, "Xəzər"in Premyer Liqaya gəlişinə bilərəkdən müəyyən əngəllər yaradılır. Halbuki, klub lisenziyalaşdırmanın bütün tələblərini yerinə yetirib. Bunu "Xəzər"in prezidenti Mahir Məmmədov bir neçə gün əvvəl Fanat.Az-a müsahibəsində bildirib. Bütün şərtlərə əməl etdiklərini deyən prezident əlavə şərtlər olarsa, onları da yerinə yetirməyə hazır olduqlarını bildirib. 

Bəs kimdi "Xəzər"in Premyer Liqaya gələn yolunu kəsən? Heç şübhəsiz ki, debütanta güclülər dəstəsi vəsiqəsinin verilməsini əngəlləyən AFFA-nın baş katibi Elxan Məmmədovdu. Bəs niyə? 

Hazırda Premyer Liqada çıxış edən 8 klubdan sadəcə üçü ("Qarabağ", "Qəbələ" və "Zirə") Nobel prospektindəki boz binanın boz kardinalına tabe deyil. Qalan 5 klub bu və digər formada baş katibin "qılıncının altından" keçir. Və onun nəzarətindən kənar daha bir klubun Premyer Liqaya gəlməsi Məmmədovun planlarına daxil deyil. Bu baş katibin yaratdığı qeyri-rəsmi balansın pozulmasına səbəb ola bilər ki, o bunu heç bir halda arzulamır. 

Baş katibə "Kəpəz" kimi klublar lazımdı. Zaman göstərdi ki, bu kimi klublar Məmmədov üçün əsl yeyinti mənbəyidi. Mikayıl Nərimanoğlu qalmaqalı bunun ən böyük sübutlarından biridi. Amma "Xəzər" kimi nəzarətdən kənar klublar onun planlarının pozulmasına səbəb ola bilər. 

İndi baş katibin iki variantı var: ya "Xəzər"i Premyer Liqadan uzaq tutmalı, ya da "qılıncının altından keçməsinə" nail olmalıdı. Üçüncü variantın olub-olmamasını zaman göstərəcək...

İllər sonra AFFA-nın kisəsinə göz dikmədən Azərbaycan futboluna yeni klub gəlir. Üstəlik də bölgəni təmsil etmək üçün. Məhz Elxan Məmmədov istəmir deyə Quba futbolsuz qalmalıdı? O klubda riadlar, kamranlar yoxdu deyə Premyer Liqaya buraxılmamalıdı? AFFA-nın büdcəsindən kluba, klubdan da Elxan Məmmədova "otkat” gəlmədiyi üçün Quba futbolsuz qalmalıdı? Görünən odu ki, qubalı futbolsevərlər də vəziyyətdən halidi. 

Bu gün redaksiyamızla əlaqə saxlayan Quba sakini azarkeşlər adından ölkə başçısına və AFFA prezidentinə şikayət məktubu ünvanlayacaqlarını dedilər. Və onlar Elxan Məmmədovun Azərbaycan futbolundakı özbaşnalığına son verilməsini istəyirlər. Haqlıdırlar! 

Yeri gəlmişkən, baş katibin bugünkü açıqlamasından da sezilir ki, "Xəzər”in Premyer Liqaya gəlməsi sual altına salınıb. Açıqlama ilə bağlı geniş yazımız olacaq, amma çi fayda. Azərbaycan futbolunu sağdan sola, soldan sağa "çapan”, oylağa çevirən Məmmədova hələki "DUR!” deyən yoxdu.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X