23:05 18.08.2018 1287

"Keşlə"nin baş məşqçisi bir xala razı qalıb

"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının II turunda "Zirə"ylə səfərdə 2:2 hesabıyla heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Serbiyalı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb. 

- Öncə onu deyim ki, hər iki komanda üçün yaxşı oyun oldu. Futbolçularımızı təbrik edirəm. Hesabda 0:2 geridə olsalar da, çətinliklə də olsa geridönüş edə bildirlər. Düşünürəm ki, erkən qol oyunun axarına müəyyən təsirini göstərdi. Bundan sonra artıq topa daha çox nəzarət etməyə çalışdıq. Ancaq yenə də səhvimizdən qaplmızda qol buraxdıq. Bu da bizə müəyyən çətinlik yaratdı. İkinci hissədə futbolçularımıza dedim ki, ilk 15 dəqiqəqə qol vursaq, xal qazana bilərik. Bunu reallaşdırandan sonra daha sürətli oynamağa, qol şansları yaratmağa çalışdıq. Bu, futboldu, "Zirə" də yaxşı komandadı. Onlar da 3-cü qolu vura bilərdilər. Bunu etsəydilər, matçı xeyirlərinə dəyişəcəkdilər. İkinci hissədə 70 faiz oyuna nəzarət edə bildik. Fikrimcə, ilk matçla müqayisədə oyunumuz daha yaxşı alındı. İlk turdan sonra da futbolçulara demişdim ki, daha yaxşı oynayacağıq. Yeni futbolçularımız var. Samir Məsimovun yaxşı oyununu qeyd edərdim. Getdikcə daha yaxşı hazırlşacaqlar. Bizim üçün 1 xal da vacib idi. 

- İlk oyunla müqayisədə start heyətində 5 dəyişiklik etmişdiniz. Həmin futbolçulardan 3-ü hazırlıqda iştirak etməmişdi. Bu, komanda üçün riskli deyildi?
- Əlbəttə, həyat onsuz da riskdən ibarətdi. Bəzi məcburi dəyişiklik etməli oldum. Çünki "Zirə"nin sürətli əks-hücumları var. Rəqib bunun sayəsində bizi cəzalandıra bilərdi. Oyun sxemində tez-tez dəyiçiklik etməyi xoşlamıram. Azərbaycanda 2-3 həftədə olduğum müddətdə futbolçularla daha yaxından tanış olmağa çalışıram. Həm də sürətli futbolçuları meydana buraxdım. İlk oyundan sonra çoxları deyirdi ki, niyə 5 müdfiəçidən 4 müdafiəçiyə keçdim. Bunun fərqi yoxdu, səhv olanda hər taktikada olur. 

- Vaqif Cavadov vaxtilə futbolumuzun ulduzu olub. Ancaq son vaxtlar həmin Vaqif deyil. Düşünmürsünüz ki, onu meydana buraxmağınız səhv idi?
- Cavadov yaxşı futbolçudu. Ancaq gözləntilərini görməyəndə. narazı qalırsan. Vaqifi ayırmaq istəməzdim. Bütün futbolçular vahid şəkildə olmalıdı. Deməzdim ki. komandada hansısa ulduz var. Sezar Meza Kolli vardı, o da gedib. 

- Miloş Bosançiç niyə ehtiyada qaldı?
- Zədəsi olduğuna görə tam hazır deyildi. 

- Bugünkü matçda ən yaxşılardan olan, qol vuran Pərdis Fərzad-Azadın "Keşlə"də rəhbərliyiniz altında olmağını istərdiniz?
- Heç nəyi dəyişə bilmərəm. Onun gedişi mənə qədər olmuşdu. Pərdisin "Keşlə"də oyunu görmüşdüm. Onun kimi futbolçunu sərəncamında istərdim. Pərdis daha güclü klublarda olmağa layiqdi. 

- Transfer çalışmalarınız bitdi?
- Hələ "transfer pəncərəsi" açıqdı. Daha yaxşı futbolçu tapa bilsək, ala bilərik. Niyə də olmasın? Bizə hücuma oyunçu lazımdı. (Sport24.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

Facebookdan bizi izləməyi unutmayın.
X