
İngiltərənin "Liverpul" klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.
Fanat.Az xəbər verir ki, mersisaydlıların idman direktoru Riçard Xyuz tutduğu vəzifədən ayrılıb.
Təcrübəli funksionerin növbəti iş yeri də artıq bəllidir. O, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçməyə hazırlaşır.
Xyuzun bu gözlənilməz qərarı ingilis təmsilçisinin gələcək transfer planlarına ciddi təsir göstərə bilər. Ərəb klubunun ona təklif etdiyi layihə və maliyyə şərtləri bu keçiddə həlledici rol oynayıb.