Topaz Premyer Liqanın VIII turunda "Səbail"lə qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda ötən gün növbəti məşqinə çıxıb.
Hazırlıqda İslandiya millisinə dəvət alan qapıçısı Hannes Halldorsson, Bolqarıstan və Konqo yığmalarında yer alan futbolçular - Simeon Slavçev və Con Delarj da iştirak edib
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Səbail" oyunu saat 19:00-da başlayacaq.
Fanat.Az