20:55 03.11.2018 1799

"Qarabağ"la "Neftçi" qələbə qazandı

Topaz Premyer Liqasında X tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Açılış matçı "ASK Arena"da "Keşlə" və "Neftçi" arasında baş tutub. "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov ötən mövsüm rəhbərlik etdiyi komandaya qarşı sərfəli nəticə qazanmağa çalışsa da, buna nail olmayıb. Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 2-ci dəqiqədə Mirabdulla Abbasov imza atıb.

Bu komandalar arasında indiyədək çempionatda baş tutan 57-ci qarşılaşma olu. Bunların 29-da "Neftçi", 14-də isə "Keşlə" sevinən tərəf olub. 14 matçda isə heç-heçə qeydə alınıb. Topların fərqində də flaqman öndədi - 87:58. Bu duellerdə ardıcıl 12 oyundu heç-heçə qeydə alınmır. 

Günün ikinci matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub və "Qarabağ" "Sumqayıt"la üz-üzə gəlib. Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın işıqlandırma sistemində problem yarandığından oyunun yeri dəyişdirilib. 

Son oyunlarda qələbə qazana bilməyən "Qarabağ" bu dəfə 3 xalı aktivinə yazıb - 2:0. Ağdam klubunun heyətində Simeon Slavçev və Con Delarj fərqlənib.
 
Bu komandalar arasında çempionatdakı 26-cı matç olub. "Qarabağ" 19, "Sumqayıt" isə 4 dəfə meydanı 3 xalla tərk edibsə, 3 oyunda qalib müəyyənləşməyib. Topların fərqində də Ağdam klubunun aşkar üstünlüyü var - 53:12. 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Sabah" və "Zirə - "Səbail" matçları ilə yekun vurulacaq. 
 
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, X tur

3 noyabr
Keşlə - Neftçi 0:1
Qol: Mirabdulla Abbasov, 2.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 31. Georgios Georgiadis, 33. Tərlan Quliyev, 80. Diallo Quydileye, 93. Edvinas Girdvainis.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 11. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 21. Herve Tçami, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 90. Ebrima Sohna.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 10. Dario Federiko, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 4. Rəşad Eyyubov, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 11. Kvame Karikari, 33. Ricat Qarayev, 37. Vüsal Əsgərov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov.
Baş məşqçi: Roberto Bordin.
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Fazil Mürşüdov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"ASK Arena”.

Qarabağ - Sumqayıt 2:0
Qollar: Simeon Slavçev, 25. Con Delarj, 57.
Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Simeon Slavçev, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdullah Zubir, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. 
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 52. Yakub Jezniçak, 77. Donald Qerye, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 15. Orxan Sadıqlı, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Tofiq Bəhramov adına Respublika Stadionu.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

10

8

1

1

20:7

25

2

Qarabağ

10

6

2

2

17:11

20

3

Səbail

9

5

1

3

12:11

16

4

Sabah

9

5

1

3

8:9

16

5

Sumqayıt

10

3

2

5

10:13

11

6

Qəbələ

9

2

3

4

12:13

9

7

Keşlə

10

1

3

6

8:14

6

8

Zirə

9

1

1

7

7:16

4

Bombardirlər

Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) - 5. İnnosent Emeqara (Qarabağ), Mirabdulla Abbasov (Neftçi) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X