Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının VII turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" və X turun "Zirə" - Səbail" oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
"Qarabağ”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan "Keşlə”nin yarımmüdafiəçisi Samir Məsimov 1 oyunluq cəzalanıb. Klub isə öz futbolçusuna görə 200 manat cərimə ödəyəcək.
"Zirə” - "Səbail” görüşündə isə qonaq komandanın müdafiəçisi Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə qarşıdakı oyunu buraxacaq. Klubu isə 200 manat məbləğində cərimələnib.
Fanat.Az