AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda I divizionun IX turunun oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib:
* "Zirə-2” - "Kəpəz” matçında "Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
- Oyunun 45+1-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Fərid Bayramov ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
* "Turan Tovuz” - "Keşlə-2” matçında "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
* "Qarabağ-2” - MOİK matçında MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
* "Ağsu” - "Neftçi-2” matçında "Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
* "Səbail-2” - "Zaqatala” matçının 55-ci dəqiqəsində "Səbail-2” klubunun futbolçusu Murad Məmmədov qırmızı vərəqə aldıqdan sonra meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə futbolçu 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
Fanat.Az