Azərbaycan çempionatının əsasnaməsi yenidən pozulub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün I divizionun X turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Zirə-2" oyununda lisenziyası olmayan futbolçular oynayıb. Belə ki, Bakı təmsilçisinin heyətində yer alan 3 futbolçunun lisenziyası olmayıb. Hər 3 futbolçu meydana start heyətində çıxıb.
Faktı oyunun hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bilir. Bu səbəbdən AFFA İntizam Komitəsi "Zirə-2"yə texniki məğlubiyyət verəcək.
Qeyd edək ki, bu mövsüm I divizionda artıq iki texniki məğlubiyyət verilib. Belə ki, "Səbail-2" VI turun "Qarabağ-2", VIII turun "Neftçi-2" ilə oyunlarına görə təxniki məğlubiyyət alıb.
Daha iki bənzər hadisə isə Premyer Liqada baş verib. Belə ki, "Səbail" IV turda "Zirə", VIII turda "Qarabağ"la oyunlara görə texniki qələbəyə sevinib.
Fanat.Az