AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının XII turunda qeydə alınan qayda pozuntularına hüququ qiymət verib.
"Sumqayıt”la matçda "Zirə”nin məşqçisi Seymur Rəhimov texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalandırılıb, klub 800 manat cərimə olunub.
"Neftçi” ilə matçın 90-cı dəqiqəsində "Səbail”in futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.
"Qəbələ” isə "Keşlə" ilə oyunda 5 sarı vərəqə aldığından 800 manat cərimə edilib.
Fanat.Az