"Səbail"in qış hazırlıq planı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bakı klubu digər Premyer Liqa təmsilçiləri kimi Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Komanda qardaş ölkəyə yanvarın 12-də yolanacaq və Lara bölgəsindəki "Miracle Resort Hotel”d? məskunlaşacaq. "Səbail" burda yanvarın 25-dək hazırlıq keçəcək.
Komanda toplanış müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər və oyunların tarixi hələ müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl "Sumqayıt”, "Qəbələ" "Zirə” və "Sabah”ın da Antalyaya yollanacağı açıqlanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol