"Keşlə"nin qış təlim-məşq toplanışını keçəcəyi məkan müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv digər təmsilçilərimiz kimi Antalyaya üz tutacaq. Bakı klubu yanvarın 5-də Bakıda toplayacaq və bir həftə burda hazırlıq keçəcək. Bundan sonra isə Antalyaya yollanacaq. "Keşlə"nin 4 yoxlama oyunu keçirəcəyi dəqiqləşsə də, rəqiblər və oyunların tarixi hələ müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl "Sumqayıt”, "Qəbələ", "Zirə”, "Sabah” və "Səbail"in də Antalyaya yollanacağı açıqlanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol