Azərbaycan Premyer Liqasında cari mövsümün hələlik ən çox azarkeş toplayan matçı açıqlanıb.
Fanat.Az xəbər veir ki, Toifiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Neftçi" görüşü hələ ki, ən çox azarkeşin gəldiyi oyun kimi qeydə alınıb.
Peşəkar Futbol Liqasının rəsmi saytının açıqlamasına görə sözügedən oyunu 6000 nəfər stadiondan canlı izləyib.
Görünür hər iki komandanın turnir cədvəlindəki durumu, çempionluq uğrunda amansız mübarizə aparması azarkşlərdə də bu oyuna maraq oyadıb. Belə ki, komandalar arasında baş tutan ilk dövrədə stadiona 3000 azarkeş gəlmişdisə, ikinci dövrədə tribunalarda 4000 nəfər yer almışdı.
Premyer liqanın 15-ci turunda baş tutan "Qarabağ" - "Neftçi" matçı 1:1 hesabı ilə yekunlaşıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol