12:32 19.02.2019 1555

Riad Rəfiyev özünü "israilli" adlandıran futbolçunu milliləşdirir

"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına geniş müsahibə verib. 27 yaşlı futbolçu "Sumqayıt"la bağlı danışıb və Azərbaycan vətəndaşı olub-olmayacağı barədə verilən sualları cavablandırıb.

- Azərbaycan çempionatı ilə bağlı ilk təəssüratınız necədi?
- Liqada 8 komanda mübarizə aparır, bir neçə zəngin və bir neçə zəif klub var. "Sumqayıt” mənə "Bney Yehuda”nı xatırladır. Sumqayıt çılğın şəhər olan Bakıdan uzaq olmayan, yaxşı insanların olduğu yerdir.

- İlk həftələr sizin üçün necə keçir?
- Rusca bilirəm və bundan istifadə edirəm. Əli Babayev mənə çox kömək olur. Bütün günü birgə oluruq. Həyat yoldaşım hər an yeni uşaq dünyaya gətirə bilər. Buna görə də ailəm üçün bir həsrət var. Əli Babayevlə İsraildə yaxın dost deyildik. Ancaq burda hər şey dəyişdi. Mənzilimiz yaxındır. İndi biz yaxın dostuq və bir-birimizə kömək edirik. Həyatda yeni təcrübədir. İsrail kanallarına baxıram.

- Azərbaycan vətəndaşlığı alacaqsınız? Ora getməyinizin səbəbi nədi?
- Bu yolda gedirəm. Bizim komanda xüsusidi. Yanılmıramsa, "Sumqayıt” Azərbaycanda legioneri olmayan yeganə klubdu. Bir az zamana ehtiyacım var. Düşünürəm ki, burada oynaya bilərəm.

- Özünüzü İsrailin deyil, Azərbaycan milli komandasının formasında görürsünüz? Artıq Əli Babayev Azərbaycan vətəndaşlığı alıb.
- Klub prezidenti Riad Rəfiyev mənim üçün bir şeyə cəhd etdi, baxarıq, ola bilər. Mənim damarlarımda İsrail qanı axır. Mən gerçək israilliyəm. Ancaq zamanı gələndə asan deyil, mən bir dəfə rədd cavabı vermişdim, lakin bu barədə indi düşünürəm. Hələ heç nə bilmirəm. Bu mövzuda çox danışmıram. Əli Babayev üçün də bu hekayə çətindir. Xarakterimiz oxşardı.

- Həqiqətən də orada karyeranınızı tanıtmaq imkanınız var? Orada nə edə bilərsiniz?
- Yaxşı mövsüm keçirmək şansım var. 1,5 illik müqavilə bağlamışam. Burada kontraktım pul baxımından da önəmli idi. Mən narahat olmayacam, çünki karyeramın bu dönəmlərində ailəm üçün düşünürəm.

- İsraildən xaricə getməyi özün düşündün, yoxsa "Hapoel”dən ayrıldığın üçün belə alındı?
- "Omoniya”dan İsrailə qayıdanda ölkə xaricinə gedəcəyimi düşünmürdüm. Özü də xanımımın hamiləlik dövrünün doqquzuncu ayıdır. Bu vəziyyətdə xaricə gedəcəyimi düşünmürdüm.

- "Hapoel”in sizi sərbəst buraxması üzdümü?
- Klubda hər şeydən məmnun idim. Hər kəslə əla münasibətim var idi. Müqaviləmin başa çatmadan xitam verilməsi məni üzdü. Ümid edirdim ki, mövsümün sonuna qədər "Hapoel”də qalacam.

- Klubda qalmaq üçün nəsə etdiyinizi düşünürsünüz?
- Özümü tənqid etməyi bacaran insanam. İstənilməyən yerdə qalmaq heç də əyləncəli deyil. İndi yaxşıyam, gülürəm və orada hər kəsi çox sevirəm. Kimdənsə şikayət etmirəm (futbol11).

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

Facebookdan bizi izləməyi unutmayın.
X