14:23 13.03.2019 2593

AFFA-dan müəmmalı təyinat: niyə Əliyar və Rəhim yox, Səbuhi?

Dünən Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının bu həftənin cümə günü keçiriləcək XXI turunun hakim təyinatlarını açıqlayıb. Təyinatlarda diqqəti bir-iki məqam çəkir.

Əvvəla ondan başlayaq ki, turun mərkəzi qarşılaşması hesab olunan "Neftçi” – "Qəbələ” matçı gənc Səbuhi Bayramova həvalə edilib. S.Bayramov bu ildən Premyer Liqanın matçlarını idarə etməyə başladığından onun yüksək liqa üçün yetərli təcrübəsinin olmadığını söyləyə bilərik. Düzdür, uzun müddət birinci divizionda hakimlik etmiş bu gənc referinin artıq Premyer Liqada da sınanması müsbət haldır. Amma birdən-birə onun mərkəzi qarşılaşmaya təyinat alması suallar yaratmaya, həmin hakimin gələcəyi baxımından isə narahatlıq doğurmaya bilməz. Çox uzağa getməyək. Elə ötən həftə "Sumqayıt”la "Neftçi” arasındakı qarşılaşma göstərdi ki, bu əhəmiyyətli oyunun başqa bir gənc Rəşad Əhmədova həvalə edilməsi doğru qərar olmayıb. Hər nə qədər həmin hakim matçı qərəzsiz idarə etsə də, Mehdi Cənnətov-Kiril Petrov epizodunda qətiyyətli qərar versə də, ondan haqlı narazılıqlar da az olmadı. Ümumiyyətlə, bu tip qarşılaşmalara gənclərin atılması, loru dildə desək, onların sonrakı karyerasını indidən yandıra, psixoloji zərbə bilər. Bu mənada, "Sabah” – "Sumqayıt”, yaxud "Zirə” – "Keşlə” matçları durduğu halda, gənc Səbuhi Bayramovun "Neftçi” – "Qəbələ” oyununa təyin edilməsi sual doğurur. Düz üç FİFA referimiz olduğu halda AFFA Hakimlər Departamenti hansı məntiqlə bu mühüm matçı yetərli təcrübəsi olmayan birinə həvalə edir?

İkinci sual: niyə "Neftçi” – "Qəbələ” matçı ilə eyni gündə keçiriləcək turun daha bir vacib qarşılaşması – "Səbail” – "Qarabağ” oyununa birdən-biri iki FİFA referimiz – Əliyar Ağayev (baş hakim) və Rəhim Həsənov (ehtiyat hakim) təyinat alır? Əliyar Ağayevi, yaxud Rəhim Həsənovu "Neftçi” – "Qəbələ” matçına təyin etməyə fövqəladə futbol zəkasımı tələb olunurdu?

"Neftçi” – "Qəbələ” matçı mühüm qarşılaşmadı. Ehtiyatsız verilə biləcək hakim qərarı iki komandadan birinə, yaxud elə hər ikisinə zərbə ola, daha da pisi futbolumuzda növbəti xoşagəlməz söhbətlərə yol aça bilər.

Təyinatın verilməsində kimin rolu çox olub? AFFA-nın Hakimlər Departamentinin avstriyalı yeni sədri Fritz Stuchlikinmi, yoxsa onun köməkçisi – hakimlikdən uzaqlaşdırılan, sonradan yenidən Hakimlər Departamentinə qaytarılan Elçin Məmmədovunmu? Hər halda qərarı fərd olaraq kimin verməsindən asılı olmayaraq, baş verə biləcək bütün mümkün narazılıqlara və qalmaqallara görə AFFA birbaşa məsuliyyət daşıyacaq.

Mənbə: qol.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X