18:24 07.04.2019 2250

"Sabah" 7 oyundan sonra sevindi, "Qarabağ" Qəbələdə 3 xal qazandı

Bu gün Topaz Premyer Liqasında XXIII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyununda "Qəbələ" "Qarabağ"ı qəbul edib. Bu oyunların nəticələri komandaların turnir cədvəlindəki mövqelərinə heç bir təsir göstərməsə də, hər iki komanda üçün vacib idi. Belə ki, meydan sahibləri qalib gəlsə, xallarını 33-ə çatdıraraq 3-cü pillədəki "Səbail"lə xal fərqini minimuma endirəcəkdi. Amma bunun üçün Bayıl komandasının debütant "Sabah"dan səfərdə xal almaması lazım idi. Bu oyunadək aktivində 48 xal olan "Qarabağ" isə lider "Neftçi" ilə xal fərqini yenidən bərabərləşdirməkdən qələbə qazanmağa məcbur idi.

Görüş maraqlı mübarizə şəraitində keçib və qonaqlar erkən qola sevinib. Belə ki, 3-cü dəqiqədə Donald Gerye ev sahiblərini meydanın mərkəzinə dəvət edib. "Qəbələ" buna 20 dəqiqə sonra Rauf Əliyevin qolu ilə cavab verib. Mübarizəni sonadək davam etdirən "Qarabağ" qələbə qolunu 82-ci dəqiqədə vurub. İkinci yarıda meydana çıxan Araz Abdullayev komandasına 3 xal qazandırıb.

Qeyd edək ki, bu iki komanda arasında 44-cü matç olub. Bu qarşılaşmaların 10-da "Qəbələ", 22-də "Qarabağ" qələbə qazanıb, 12 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi öndədi - 60:40. "Qəbələ” son 5 oyunda rəqibinə uduzb, "Qarabağ” isə artıq 5 oyundu məğlub olmur.

Turun son matçında isə debütant "Sabah" iki mövsümdü Premyer Liqada çıxış edən "Səbail"i sınağa çəkib. Oyuna qonaqlar fəal başlayıb və 2-ci dəqiqədə Enrike Perilyo hesabı açıb. Bundan sonra irəli atılna "Sabah" 32-ci dəqiqədə Filip İvanoviçin qolu ilə bərabərliyi təmin edib. 66-cı dqiqədə Cavid İmamverdiyev, 3 dəqiqə sonra isə Vanderson Silva fərqlənərək "Sabah"a 3:1 hesablı qələbə qazandırıblar.

3-cü pillədə qərarlaşan "Səbail" məğlub olsa da, 4-cü yerdəki "Qəbələ" ilə 4 xallıq fərqi qoruyub. 7 oyundan sonra qəbələ qazanan "Sabah" isə 4-cü pilə ilə xal fərqini 4-ə endirib.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Neftçi" "Zirə"ni 4:2, "Sumqayıt" "Keşlə"ni 2:1 hesabı ilə məğlub edib.
 
Premyer Liqa
2018/19 mövsümü
IV dövrə, XXIII tur

7 aprel
Qəbələ - Qarabağ 1:2
Qollar: Rauf Əliyev, 23 - Donald Gerye, 3. Araz Abdullayev, 82.
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 9. Davit Volkov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 27. Bəhlul Mustafazadə, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 6. Rüstəm Nuruyev, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Atakora Lalavele, 77. Samir Qurbanov, 88. Sabien Lilay, 98. Rövlan Muradov.
Baş məşqçi: Zaur Həşimov. 
Qarabağ: 13. Vaqner da Silva, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 77. Donald Gerye, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 94. Nicat Mehbalıyev, 99. Reynaldo Silva.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Qəbələ şəhər stadionu.

Sabah - Səbail 3:1
Qollar: Filip İvanoviç, 32. Cavid İmamverdiyev, 66. Vanderson Silva, 69Enrike Perilyo, 2.
Sabah: 30. Saşa Stamenkoviç, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 9. Marko Deviç, 10. Cavid İmamverdiyev (k), 11. Elgün Nəbiyev, 13. Filip İvanoviç, 15. Erik Ramos, 17. Təmkin Xəlilzadə, 25. Vanderson Silva, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 96. Əmirhüseyn Nəcəfi, 4. Tərzin Cahangirov, 12. Zahid Mərdanov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 77. Şakir Seyidov, 88. Elçin Əsədov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.
Səbail: 1. Aleksandr Rıbka, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 14. Rahid Əmirquliyev (k), 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 3. Tamazi Tsetsxladze, 5. Vüqar Bəybalayev, 6. Maykl Essyen, 9. İmanol İriberri, 18. Aqşin Qurbanlı, 20. Eltun Yaqublu, 21. Akpoveta Oke, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Əlincə Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

23

15

6

2

41:17

51

2

Qarabağ

23

15

6

2

49:19

61

3

Səbail

23

10

4

9

27:25

34

4

Qəbələ

23

7

9

7

25:25

30

5

Sabah

23

7

5

11

19:31

26

6

Zirə

23

5

7

11

21:34

22

7

Sumqayıt

23

5

5

13

18:36

20

8

Keşlə

23

5

4

14

22:35

19

Bombardirlər

Baqali Dabo (Neftçi) - 11. Mahir Mədətov (Qarabağ) - 9. Ceyms Adeniyi (Qəbələ) - 8. Marko Deviç (Sabah), Emin Mahmudov (Neftçi), Filip Ozobiç (Qarabağ) - 7.

Qeyd

IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X