"Qarabağ"ın futbolçusu Miçel "Neftçi"yə keçəcəyi ilə bağlı xəbərlərə münasinət bildirib.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda klubu ilə müqaviləsi başa çatacaq ispaniyalı "ağ-qaralar"la danışıqlar aparmadığını bildirib:
"Mövsümün sonuna hələ sona 3 tur var. Hələlik klub rəhbərliyi ilə danışığımız olmayıb. Hər şey çempionat başa çatdıqdan sonra aydınlaşacaq. "Neftçi” məsələsi isə real deyil, belə bir şey yoxdu".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol