10:24 12.05.2019 1543

Rəşad Sadıqov: "Platellasla bir-birimizi düz anlamadıq"

"Çempion olduğumuz üçün sevinirik. Bunu bayram edirik. Çox ağır mövsüm oldu. Əslində "Neftçi” də çempionluğa layiq idi. İkimiz də gərgin mübarizə apardıq. Sevinirik ki, biz qələbə qazandıq”.

 

 

Fanat.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın sonuncu -XXVIII turunda "Neftçi”ni məğlub etdikləri matçdan (3:2) sonra deyib.


 

"Terminator” oyunun gərgin alındığını vurğulayıb: "Əslində matçdan öncə çox danışdıq ki, gərginlik olmasın. Hətta oyundan öncə Ruslan Abışova dedim ki, oyunçuları maksimum sakitləşdirək ki, oyun rahat keçsin. Durduğumuz yerdə gərginləşməyə başladıq. Bəzi epizodlar üst-üstə gəldi. Birinci hissədən sonra isə komandalar sakitləşdi və ikinci yarıda meydanda yalnız futbol gördük”.


 

Sadıqov deyib ki, Qurban Qurbanov onu əvəzləməklə düzgün qərar verib: "Mükafatlandırma mərasimdə Platellasla bir-birimizi düz anlamadıq. Sonradan başa düşdük. Əllərimizi sıxdıq”.


 

Təcrübəli müdafiəçi çempionatın gərgin və onlar üçün çox vacib olduğunu diqqətə çatdırıb: "Neftçi”nin "Sumqayıt”la matçda xal itirməsi çempionluq yolunda ciddi addım idi. Biz özümüz də bunu gözləmirdik. Çünki həmin oyunu izləyirdik və "Sumqayıt” da gənclərə şans vermişdi. Elə oldu ki, rəqib xal itirdi. Həmin andan sonra çempionluğa daha çox inandıq. Hamımız bu günə köklənmişdik ki, son turda həll olunacaq. Çempionatın sonunu itkisiz keçirə bildik. Qurban müəllim qışdan sonra işimizi çox artırmışdı. Məşqlərə və analizlərə çox yer verilirdi. Bəzən bazada çox qalırdıq. Məşqçi hamımızı çempionata köklədi. Futboldan başqa heç nə düşünmürdük”.


 

Sadıqov "Neftçi” ilə matçlarının hər zaman maraqlı keçdiyini deyib: "Oyun hər zaman gərgin olmur. Hər matçda qələbə qazanmaq istəyirik. Bugünkü qələbə bizim üçün böyük əhəmiyyət kəsb etmirdi. Əsas çempionluq idi”.

 

Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:48

MPL: "Sabah"dan 5-ci qol - YENİLƏNİR

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X