15:56 12.05.2019 1747

Maksim Medvedev: "Daim bizi təxribata çəkirdilər"

"Qarabağ”ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının son turunda "Neftçi"ni yendikləri (3:2) görüşün ardından jurnalistlər önünə çıxıb.


Fanat.Az-ın məlumatına görə, millimizin üzvü çempionluq təəssüratlarını bölüşüb.


- Çempionluqda əsas rolu hansı amil oynadı?

- Doğrudan da çox çətin mövsüm oldu. Çünki mübarizəni iki "cəbhə"də aparırdıq. Mövsümün əvvəlində oyunlarımız istədiyimiz kimi getmirdi, istədiyimiz qədər xal qazana bilmirdik, bəzi qarşılaşmalarda xal itiridik. Amma qış fasiləsindən komanda özünü yüksək səviyyədə göstərdi. Çox mehriban olan komandamız oyunlara necə lazımdı çıxırdı. Hər kəs bizə dəstək olurdu. Azarkeşlərimiz, klub rəhbərliyi yanımızda idi. Baş məşqçi bizi ruhlandırmaq üçün lazımı sözlər tapırdı. Ona görə möhkəm olduq və çempionluğu qazandıq.


- Bu mövsümü əvvəlkilərdən necə fərqləndirərdiniz?

- Bu mövsüm daha çətin oldu. Əsas da keçən mövsümə baxanda.


- "Qarabağ" bu mövsüm 66 xal topladı ki, bu da ən yüksək göstəricidir...

- Yanvardan sonra büdərəmələrimiz olmadı. Bütün oyunları yüksək səviyyədə keçirə bildik və lazımi görüşlərdə vacib xallar qazandıq.


- "Neftçi" ilə görüş çempionluq baxımından həlledici olsaydı, nə olardı? Atmosfer, ajiotaj baxımından...

- Çox azarkeş gələcəkdi, hər yer partlayacaqdı (gülür). Ancaq yaxşı ki son oyunadək belə qarşılaşma olmadı. Çünki çempionluğu təmin etmişdik. çıxdıq qızıl medalımızı aldıq. Ancaq burda çempionluq həll olunsaydı, başqa – pis şeylər ola bilərdi.


- Təhlükə baxımından?

- Bəli, təhlükə baxmından bəzi hadisələr ola bilərdi. Ancaq artıq hər şey həll olunduğundan çıxıb rahat futbol oynaya bildik.


- Artıq hər şey həll olunsa da, futbolçular arasında kifayət qədər aqressiya vardı. Bu, nədən qaynaqlanırdı? "Qarabağ" mövsüm ərzində "Neftçi"ni məğlub edə bilmədiyindən, bundan qıcıqlanırdınız, yoxsa başqa səbəblər vardı?

- Biz tərəfdən aqressiya yox idi. Əksinə, matçdan əvvəl paltardəyişmə otağında danışırdıq ki, hakimlə, heç kim danışmasın. Ancaq biz də dəmir deyilik, daim bizi təxribata çəkirdilər. Bəzi epizodlarda sinilərimizə hakim ola bilmirdik, aqressiya çıxırdı

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X