11:36 24.05.2019 2716

Ağdamdan Ankaraya...

(Doğum günü yazısı)

O, elə bir unikal insandır ki, barəsində danışanda gərək, ümumi sözlərlə kifayətlənməyəsən, mütləq incəliklərə də baş vurasan. 2010-cu ildə telefon danışığımızda deyir: "Sen takımla giiit…” 

"Git” sözünü də həmişə öz şivələrində o qədər şirinliklə söyləyir ki, adam elə oturduğu yerdən durub hara gəldi getmək istəyir. Sonra da səfər proqramının anonsunu verir: "Ben de işlerim bitince Ankaradan yanınıza gelicem..."

Onun, Emrah Çelikelin dəvəti ilə "Qarabağ"la birgə Antalyaya təlim-məşq toplanışına yollanıram. Bizə gec qoşulacağı bir az məyus edir məni. Çünki klubda hələ cəmi üç nəfərlə şəxsi tanışlığım var. Onlardan da biri indi gəlmədiyinə görə, digər ikisi - Asiflə də Nurlanın başı komandanın işlərinə qarışacağından qətiyyətlə Antalya səfərinin sönük, cansıxıcı keçəcəyi qənaətinə varıram. Bilirəm, mənim durumumdan bixəbər olan əyləncə alovlu gənc insanlar bu dəqiqə ağzını büzüb deyəcək ki, komanda bir yana, əgər sən o qədər rus və ukraynalı sarışınların yanında da sıxılacaqsansa, deməli, Antalyaya getməyindənsə, elə getməməyin yaxşıdı :))  Amma bir dəqiqə! İzah edim. Onda qış, yanvar ayı idi, axı. Və bilənlər də bilir ki, qış aylarında Antalyada gənc slavyanları ümummilli halda Almaniyanın nənə və babalardan ibarət 70-80 yaşlı təqaüdçü turistləri əvəz edir. Odur ki, məşhur mahnıda deyildiyi kimi, hadi bakalım, kolay gəlsin!

Bu, qışın Antalyası, bu da sən!

***

Hava limanından bir-bir komandanın avtobusuna əyləşirik. Başlayıram adamları saymağa – bir, iki, üç, dörd...  Gəlib qırx beşə çatıram. Və bu qırx beş nəfərdən, iki nəfər xaric, düz qırx üç nəfəri şəxsən tanımıram. Düz qırx üç nəfəri! Niyə axı gəldim deyib özümdən özümə şikayətləndiyim vaxtda bir tərəfdən də o vaxtlar məni yaxından tanımayan futbolçuların yad baxışını görür və aralarındakı pıçıltının ana xətti olan sözləri təxmin edirəm. "Bu kimdi?”

Gəlib, otelə çatırıq. İki saat keçmir ki, zəng gəlir. Telefonun o başından özünəxas alicənablıqla soruşur:

- Canım kardeşim, nasılsın, bir sorun varmı? Birdən əlavə nəyəsə ehtiyac olar...

- Hər şey yaxşıdır.

Hiss edirəm ki, mənə hər nə qədər yüksək şərait yaradılsa da, yenə qonağı üçün narahatlıq keçirir. Yarı türk, yarı azərbaycanca davam edir:

- "Qarabağ”ı öz evin bil. Katiyyen de sıkılma.

Klubun qonağı olduğum iki həftə ərzində bənzər sözləri ondan bir yox, düz on dörd dəfə eşitdim. Yəni  hər gün. Ya telefonla, ya da canlı olaraq. Artıq özü də gəlib komandaya qoşulanda. Amma o gələnə qədər neqativ gümanım tamamilə puça çıxmış, hər hansı darıxmaqdan əsər-əlamət belə qalmamışdı. Kiməsə tapşırıq verilmədən hər şey təbii axarı ilə elə getmişdi ki, sanki mən çevrilib olmuşdum bu futbol komandasının bir üzvü. 



Sonradan, artıq səfər bitib Bakıya qayıdanda məndə yaxşı mənada belə bir sual yaranmışdı ki, 40-50 nəfərin toplaşdığı, az qala hamının sənə hər gün isti,  doğma münasibət bəslədiyi kollektivi necə yaratmaq olar? Özü də tək mənə də yox, əminəm ki, klubun qonağı olan hər kəsə. Və hər keçən günlər, aylar, illər bu suala da cavab vermişdi. "Qarabağ” deyildiyi kimi, həqiqətən təkcə bir klub deyil, həm də bir yuva, ev kimiymiş. Amma o da məlum ki, bir evin bünövrəsi, mənəvi bünövrəsi səhv, əyri qoyulanda yıxılıb, yerlə-bir olur. Sırf buna görə indiyədək Azərbaycanda neçə-neçə klub dağılıb gedib. "Qarabağ”sa nəinki yerindədir, hər gün mərtəbələri artaraq daha da ucalır. Çünki özülü, mənəvi özülü möhkəm və bütövdür. O özülü qoyanlardan, o evi bir qalatək qoruyanlardan, bütovlüyünün zədələnməsinin və ləkələnməsinin qarşısını alan insanlardan biridir Emrah Çelikel.

***

2003-cü ildən, düz 16 ildir "Qarabağ”da çalışır. 27 yaşından. Bəzən yarızarafat, yarıciddi gileylənir ki, qocalıb getdim. Mən də ona təskinlik verib deyirəm ki, "Qarabağ”da uşaqlıqdan işlədiyinizi nəzərə alsaq, indi gənc bir oğlansız. Dərhal "Whats app”da bir smaylik var, gözlərdə ulduz parlayır (sevinən kimi hamımız istifadə edirik ondan), bax əvvəl onu göndərir, sonra da bu mesajı: "Son illər eşitdiyim ən yaxşı komplimentdir”.

Zarafatı bir kənara qoyub, ciddi olaraq düşünək. 16 il davamlı olaraq bir böyük klubun direktoru kimi strateji vəzifədə çalışmaq bu hallarda mümkündür ki, işini təmiz, məsuliyyət və vicdanla icra edəsən, amma ən vacibi sənə inanıb o vəzifəyə gətirənlərə heç bir məsələdə xəyanət etməyəsən.

Bu, həm də sədaqət, ləyaqət və şərəf məsələsidir.

Emrah Çelikel bizim futbolda çox funksionerə nümunə olacaq sədaqətli, ləyaqətli və şərəfli insanlardan biridir.

***

Ankarada doğulub. 1999-cu ildə iki həftəliyinə Bakıya gəlibmiş. O iki həftə, bu iki həftə, düz 20 ildir Azərbaycanda yaşayır. Yəni ömrünün demək olar, tən yarısını.

Bu 20 ildə o, az qala da deyil, tam olaraq bizdən biri olub. Əsl azərbaycanlı. Bir dost məclisindəki sözləri yadıma düşür: "Mən özümə həmişə borc bilmişəm ki, Azərbaycan xalqının dəyərləri, mentaliteti nəyi tələb edirsə, onu da yerinə yetirim”.

Və bu sözləri indi yazanda 2010-cu il yadıma düşür. İlk dəfə tanışlıq üçün yanına gedəndə otağının gözəgəlimli yerində, şüşənin içində xüsusi saxlanılan bir ovuc quru torpaq dərhal diqqətimi çəkmişdi. Soruşanda ki, bu torpağın xüsusi özəlliyi nədi ki, belə qoruyursunuz? Cavab vermişdi ki, Ağdamdan gətirilib. İşğal altındakı şəhərdən.

Bəli, bu həssas addımı qeyri-azərbaycanlı yox, məhz elə bizim kimi azərbaycanlı ata bilərdi.

Amma bir addım daha qalıb. Sağlıq olsun, bir gün o, həqiqətən "Qarabağ” komandasıyla birgə işğaldan azad olunan Ağdamın özünə ayaq basacaq, artıq bütov bir torpaqdan ovcuna götürüb onu öpəcək, sonra öpdüyü o torpağı Ağdamdan əziz, unudulmaz bir xatirə kimi doğma Ankarasındakı evinə aparacaq. Bu da olacaq onun üçün ən gözəl hədiyyə. 

Vətənindən olan hədiyyə.

Aydın BAĞIROV
Qol.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X