14:52 21.09.2019 3445

Şəxsi maraqlara söykənən idarəçilik

"Neftçi" formasına, şəxsən idman direktorunun özünə tərəf tüpürən Darionu, cinsiyyət orqanını bütün Azərbaycana göstərən, gecə-gündüz barlardan, klublarından çıxmayan, "gecə həyatı kralı" sayılan Dabonu heyətdə görəndə, başını aşağı salırmı?

Premyer Liqada ilk 4 həftə arxada qalıb. Qızıl medal uğrunda mübarizə bu dəfə xeyli zəifləyib. Maksimum xal toplayan "Qarabağ" zirvənin şəriksiz lideridi. "Neftçi" isə qısa zaman kəsiyində 2 məğlubiyyət alıb, 1 heç-heçə edib və əzəli rəqibindən 8 xal geri düşüb.

Son Azərbaycan derbisində Ağdam klubuna 0:2 hesabıyla uduzan "ağ-qaralar" dərin tənəzzül yaşayır.

"Neftçi" hazırda hamının tənqid hədəfidi və çəkinmədən söyləmək lazımdı ki, bu tənqidlərin əksəriyyəti haqlıdı.

"Bney Yehuda"ya məğlubiyyətlə Avropa Liqasını üçüncü mərhələdə tərk edən paytaxt təmsilçisi şəxsi maraqlara söykənən idarəçiliyin və transfer siyasətinin əziyyətini çəkir.

Gəlin, bir neçə fakta ümraciət edək:

1. Soni Mustivar, Baqali Dabo, Slavko Braliç, Dario Federiko (2 dəfə), Qoran Paratski, Petru Raku, Evangelos Platellas, Canluka Sansone, Kvame Karikari, Mamadu Mbodj, Mamadu Kane, Stiven Monroz, Vojislav Stankovic, Donald Gerye: 2018-ci ilin qışından bəri, komanda Kamran Quliyev-Ceyhun Sultanov tandeminin nəzarətinə keçdikdən sonra "Neftçi" 14 legioner (Dario iki dəfə) transfer edib.

2. Bu 14 futbolçudan 5-i əvvələr Azərbaycanda "Kəpəz", "Qəbələ" və "Qarabağ"da forma geyinib.

3. Maraqlıdı ki, cəmi 1,5 il keçməsinə baxmayaraq, əvvəllər Azərbaycanda çıxış etməyən, yəni, sırf "Neftçi"nin "seleksiya məhsulu" olan 9 legionerdən 5-i komandadan göndərilib. Raku istisna olmaqla, digər dörd futbolçuya (Braliç, Kvame, Sansone, Paratski) kifayət qədər böyük məbləğdə kompensasiya ödənilib.

4. Bu müddətdə edilən transferlərdən ən uğurlusu Mustivar sayıla bilər ki, müqaviləsi bitəndən sonra bir daha sözləşməsini uzatmağa müvəffəq olub. Haitili yarımmüdafiəçi kontraktını yeniləməklə yanaşı, əməkhaqqını 3 dəfə artıra bilib. Digər 3 futbolçudan ikisi - Platellasla Mbodj əsas heyətdə yerlərini itirib və yəqin ki, "Neftçi" qışda onları göndərməyə çalışacaq. Bunların fonunda baxışda bəyənilərək komandaya təsadüf nəticəsində düşən Kane az-çox yaxşı mənada fərqlənir. Qanalının maaşı digərlərindən qat-qat aşağı olsa da, onlardan daha "diri" görünür və meydanda "ürəyini qoyur".

5. Komandanın özəyini öncələr də Azərbaycanda oynamış Dabo, Stankoviç, Monroz, Gerye və Daro təşkil edir. Belədə ortaya məntiqli sual çıxır: - bu transferlərdən ötrü klubda idman direktoruna nə ehtiyac var? Məgər vaxtilə millimiz üçün Dağıstan üzrə skaut kimi işləyən Kamran Quliyev belə rahat transferləri özü edə bilmir? Olmaya, qazanc əldə etmək üçün dolayı yollara baş vurmaqla iz azdırır?

6. Ceyhun Sultanov ilyarımdı Avropanı gəzir-dolanır ki, super transferlər edəcək. Amma sonda etdiyi transferlər nəinki "Uypeşt"lə "Bney Yehuda"ya, heç  "Sumqayıt"a da gücünü göstərə bilmir. Sultanovun xarici səfərləri üçün ayrılmış büdcəni bilmək çox maraqlı olardı…

7. Hələ ilk müsahibələrində "bundan sonra "Neftçi"yə hər futbolçu götürülməyəcək, bütün kriteriyalara cavab verənlər, layiq olanlar, bu formanın qədrini bilənlər oynayacaq" deyən Sultanov indi transferlərə baxıb, utanırmı?

"Neftçi" formasına, şəxsən idman direktorunun özünə tərəf tüpürən Darionu, cinsiyyət orqanını bütün Azərbaycana göstərən, gecə-gündüz barlardan, klublarından çıxmayan, "gecə həyatı kralı" sayılan Dabonu heyətdə görəndə, başını aşağı salırmı?

Yoxsa Kamran Quliyev-Ceyhun Sultanov tandemi sözlərini unudub və hər nə yolla olur-olsun, ucuz Azərbaycan çempionluğu qazanaraq, divident əldə etmək istəyirlər?

Ozünüz bilin, amma sizin strategiyanız onsuz da sıraları günbəgün seyrələn "Neftçi" azarkeşlərini də stadiondan uzaqlaşdırıb!

Uzatmayacam! Sonda bir müqayisə edəcəm: İndi əlcək atmağa çalışdığınız "Qarabağ"ın zəfər yürüşü Azərbaycan çempionluğundan deyil, Avropa Liqasında tarixi qələbələrlə başladı.

Yeri gəlmişkən, o vaxt "Rusenborq"u devirən "Qarabağ"ın heyətində 10 deyil, 1 və ya 2 legioner vardi, büdcəsi isə indiki "Neftçi"nin büdcəsindən bəlkə də 3-4 dəfə az idi.

Bax belə... Siz "cibinizin qayğısına qaldığınız" müddətdə "Neftçi" həmişə "Qarabağ"ın kölgəsində qalacaq, əriyib suya dönəcək.

sportinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X