Noyabrın 22-də Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Sumqayıt” – "Qarabağ” oyunundan əvvəl "Kapital Bank Arena” musiqili proqramı təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, bu, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində reallaşacaq.
Oyununun başlama saatından 19:00-dan 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təqdim ediləcək. Giriş pulsuzdur.
Fanat.Az