14:26 26.11.2019 1745

"Bəzən işsiz qalmağın da faydası var " - MÜSAHİBƏ

Futbol mütəxəssisi Adil Şükürovun Sport7.az saytına müsahibəsi...

- Millimiz Avro-2020-ninseçmə qrup mərhələsində cəmi 1 xal yığmaqla 24 il əvvəlki antirekordu təkrarladı. Sizcə, belə zəif çıxışa səbəb nə oldu?
- Biz komandamızın 1 xal toplamasını 24 il əvvəlki nəticəylə eyni tuturuq. Amma gəlin hazırda futbol və futbolçular üçün yaradılan şəraitə baxaq. Həqiqətən, indi yaradılan şərait və imkanlar qarşılığında toplanan 1 xal çox bərbad bir nəticədir. Amma biz tənqidlərdən çox, futbolun bu vəziyyətdən çıxarılması üçün yollar axtarmalıyıq. Bunun üçün də mütəxəssislər hamısı bir araya gəlib ümumi bir iş strategiyası qurmalı və federasiya  tərəfindən  icra edilməlidi.

- Uğursuzluqda ən böyük günahkar kimdir? Klublar, AFFA, futbolçular və ya Yurçeviç?
- Bu uğursuzluqda hamı -  klublar, AFFA, futbolçular, həm də baş məşqçi pay sahibidi. Klubları nəyə görə deyirəm? Çünki milli komandada oynayan futbolçuların hər biri klublardan gəlir və onların sərgilədiyi futbol klublarda keçirilən hazırlığın bəhrəsidi ki, yekunda millidə özünü göstərdi. Bu, artıq istəsək də, istəməsək də danılmaz faktdır. AFFA klubların akademiyalarına verilən pulların necə xərcləndiyini nəzarətdə saxlamalıdı. Ki, bu pullar necə, kimlərə, hara sərf olunur. Aydın məsələdir ki, akademiyaların qurulmasında, idarəçiliyində düzgün mövqe tutulmalı, planlar hazırlanmalıdı. O ki qaldı, baş məşqçiyə, Yurçeviçin atdığı addımlarda mənə qaranlıq qalan məqamlar oldu. Məsələn, heyətdə rotasiyalar gözlənildiyi oyunlarda , o, bunu  etmədi. Üç gündən bir eyni heyəti meydana buraxırdı. Təəssüflər olsun ki, bizim futbolçularımız buna tam olaraq hazır deyillər.

- Böyük ehtimalla Yurçeviç göndəriləcək. Yenə əcnəbi məşqçi ya yerli mütəxəssis?
- İstəyir Yurçeviç göndərilsin, istəyirsə də yerli məşqçi olsun və yaxud hansısa yeni əcnəbi məşqçi gəlsin vəziyyət dəyişməyəcək. Biz futbolçuların  hazırlıq səviyyəsini yüksəltməliyik. Ondan sonra hansısa nəticədən və ya uğurdan danışa bilərik. Futbolçuların hazırlıq səviyyəsi indiki kimi qalarsa, yeni gələn baş məşqçi lap deyək  ki, 5 xal toplayacaq. Bunu biz  uğur sayacağıq?

- Maraqlıdır ki, digər millilərimiz də bərbad nəticələrlə yadda qalır. Deyəsən, bəla bir yerdən qaynaqlanır...
- Əvvəl də dediyim kimi, həqiqətən AFFA-nın üzərinə bu işdə çox böyük məsuliyyət düşür. Çünki AFFA klubların akademiyalarında gedən prosesləri sıx izləməlidir. Əsas və vacib olan  məsələ futbolçu amilidir ki, bu da akademiyaların işidir. Baxaq, hansı klublarımızın akademiyalarından milli komandalarımıza hazır  futbolçular gəlir? Milli  komanda futbolçu  hazırlamır, inkişaf  etdirir. Nə qədər ki, akademiyalardan millilərə gələn futbolçular milli səviyyəsində hazır   olmayacaqlar, millilərin hər hansı bir uğur barəsində danışmağı  kənara qoymalı olacağıq.

- 2 tur sonra Premyer Liqada qış fasiləsinə yollanacaq… 
- 1-ci dövrədən sonra "Qarabağ"ın vaxtından xeyli əvvəl çempion olacağı görünürdüsə, indi vəziyyət tamam fərqlidir. "Qarabağ"ın 5 oyunda cəmi 6 xal toplaması 2-ci pillənin sahibi ilə xal fərqinin 6-a enməsinə səbəb oldu. Çempionluğu hədəfləyən "Neftçi"nin qış fasiləsindən sonra heyəti gücləndirməklə bu fərqi aradan qaldırması mümkündü. Bu üzdən çempionluq uğrunda maraqlı mübarizənin son  turlara qədər gedəcəyini demək olar. Eyni sözlər Avroliqada çıxışı hədəfləyən klublara da aiddi. Preymer Liqa iştirakçılarına nəzər salsaq, "Qarabağ" və "Neftçi" xaric digər 6 komanda heyət və güc baxımından aşağı-yuxarı eynidilər. Autsayder "Qəbələ"ni 4-cü yerdəki "Sumqayıt"dan 8 xal ayırır. Bu fərqi  3 xallıq  sistemlə aradan  qaldırmaq elədə əlçatmaz deyil. Kimin çempion olacağı, kimin Avroliqaya vəsiqə qazanacağı qış fasiləsində edilən  transferlərdən və hazırlıqdan asılı olacaq. Fikrimcə, indiki durumda  nəyinsə proqnozunu vermək düzgün olmaz.

- Əvvəlki müsahibələrinizin birində "Qarabağ"ın qrup mərhələsindən çıxacağını demişdiniz. Amma indi komandamızın növbəti mərhələyə yüksəlməsi öz əlində deyil. 
- Son oyunlara fikir versək, istər daxili çempionatda, istərsə də Avroliqanın qrupunda "Qarabağ"ın oyununda düşüş görünür. "Qarabağ" dominant  futbol oynamağı  xoşlayan komandadır. Əsas da Premyer Liqada. Rəqiblərinin nisbətən zəif olması komandanı istər-istəməz hücuma daha çox fikir verməyə məcbur edir  ki, "Qarabağ" bu zaman rəqib müdafiəsini  yarmaq üçün daha geniş  oynayır. Belə olan  halda müdafiə xəttində boşluqlar daha çox olur  və top itkisi baş verdikdə rəqibin əks-hücumları zamanı vaxtında qapana bilməməsi qolla nəticələnir. Fikir versək, "Sevilya" ilə Bakıda buraxılan 2-ci qol, "Zirə" və "Sumqayıt"la oyunlardakı qollar… Hamısı bir-birinə bənzəyir. Buna baxmayaraq, fikrimdə qalıram. "Qarabağ"ın qrupda 2-ci olacağına inanıram. Bunun üçün səfərdə "Sevilya"dan xal almaq mütləqdir. Necəki  bunu əvvəlki illərdə  heçdə  "Sevilya"dan  zəif  olmayan "Atletiko»dan  almışdı. Məncə, "Qarabağ" bunu bacaracaq. "Düdelanj" ilə ev oyununda isə qalib gəlməyə borcluyuq.

- Vaxtilə baş məşqçisi olduğunuz və gümüş medallar qazandırdığınız "Zirə"də maliyyə vəziyyəti ürəkaçan deyil. O cümlədən, "Qəbələ" və "Səbail"də. Bu gediş futbolumuzu hara aparır?
- Maliyyə məsələləri klubların inkişafında çox böyük rol oynayır. Klublarda büdcənin düzgün idarə olunması çox vacibdir. Artıq, ilin əvvəlindən hər bir klubun büdcəsi müəyyən edilir və buna uyğun da komanda qurulur. Bizim "Zirə"ylə gümüş medallar qazandığımız mövsümdə büdcəmiz digər klublara ayrılan maliyyədən həqiqətən də iki dəfə az idi. Düzgün idarəçiliklə bu uğura nail ola bildik. Maliyyəni düzgün yönəltmək çox vacibdir. Təbii ki, maliyyə təyinatı üzrə düzgün xərclənmədikdə, israfçılıq olduqda bu, nəticəyə də təsir edir, klubun ümumi vəziyyətinə də. Fikrimcə, vəziyyət faciəvi deyil. Həm də nəzərə alaq ki, növbəti mövsüm Premyer Liqada komanda sayı artmalıdı. Tək bu amil futbolumuzun durğunluqdan çıxmasına böyük təsir göstərəcək. 

- Yarım ilə yaxındır ki, işsizsiniz. Təkliflər olub, yoxsa yaddan çıxmısız?
- Xeyr, təklif olmayıb. Heç bir klubla da yaxından danışıqlarımız olmayıb.

- Maraqlıdır, işsiz qalan Adil Şükürov boş vaxtlarında nə işlə məşğul olur?
- Premyer Liqa, 1-ci Divizion oyunlarını izləyirəm. İmkan düşdükcə, aşağı yaşlı futbolçuların iştirakı ilə keçirilən liqalar haqqında da məlumat toplayıram. 3 ilə yaxın uşaq futbolunda oldum, "Zirə"nin Akademiyasına rəhbərlik etdim. Orada qurduğumuz işin bəhrə verdiyini görəndə sevinirəm. Uşaqlar yavaş-yavaş böyüyürlər, onları yaddan çıxarmaq olmaz. Bilirsiniz, bəzən işsiz qalmağın da faydası var. Bir məşqçi olaraq əvvəl atdığımız addımları, futbola yanaşmalarımızda olan səhvləri görək, analiz edək və özümüz üçün yeni bir nəticə çıxaraq. Eyni zamanda da oyun üslubumuzda olan dəyişiklikləri nəzərə alırıq, işlərimizi görürük. Bunlar hamısı gələcək üçün çox vacibdir. Özümüzü inkişaf etdirməliyik, çatışmazlıqlarımızı görərək onları aradan qaldırmalıyıq.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X