16:27 26.11.2019 1894

Yenə də o vımpel haqda

Noyabrın 1-də keçirilən "Neftçi” – "Qarabağ” matçında qol görməyən futbolsevərlər ilk baxışdan xırda qələtə bənzəyən böyük rəzalətə şahidlik etdi.


Hə, söhbət həmin görüntüdən gedir... "Neftçi”nin tərcüməçisinin daxili mübarizədə rəqibsiz qalan ağdamlıların vımpelini altına qoymasından...

Klub rəsmisi Vüqar Əliyevin "Qarabağ”ın kiçik ölçülü bayrağından "qrelka” əvəzinə istifadə etməsini işıqlandırmaq bizim, sayğısızlığa görə üzrxahlıq etmək "Neftçi” rəhbərliyinin işi idi.


Həmin biabırçılıqdan düz 25 gün sonra səriştəsiz rəhbərliyin susmaqla işi bitmiş saydığını sezib rəsmi mövqe də öyrəndik. Klubun sözçüsü rəhbərliyin Vüqar Əliyevə "qrelka” ilə vımpelin fərqini xatırlatdığını söylədi. Bu da oldu o boyda "Neftçi”nin bu boyda qələti rəndələmək çabası...


Hara yozsaq da, hadisələrin inkişaf ardıcıllığından bircə nəticəyə gəlmək olur: Ya rəhbərlik həmişə özündən öndə duran "Qarabağ”a qarşı xüsusi qisas hissi ilə alışıb yandığı üçün bu rəzaləti haqlı mübarizə üsulu sayır, ya da tərcüməçidən qorxur.


Hər iki halda işin içindən "Sumqayıt”dan "qoparılıb” Bakı klubuna "yapışdırılan” prezidentin – Kamran Quliyevin xarizmasız çöhrəsi boylanır.


Əfəndim, ara uşaqlarına xas təkəbbürün saçını yaxşı darayıb pis oynayan futbolçuda olması normaldı. Lap tərcüməçinin də çox dil bildiyinə görə belə desək, proqramı pozula bilər. Ancaq heç kimin - nə başqan Quliyevin, nə vitse-prezident Elnur Eyvazovun atasının malı olmayan "Neftçi”də milli mentalitetə tüpürmək hüququ yoxdur. Çünki yaxın gələcəkdə AFFA-dakı, SOCAR-dakı atalar "öləcək”, "yetimlər” gəldiyi yerə qayıdacaq...

 

Ən azı rəsmi sayt vasitəsi ilə isti üzrxahlıq vacib idi ki, buna da ehtiyac duyulmadı. Xalq ölkənin ən qocaman klubunda gününü keçirənlərin nə dərəcədə cılız təfəkkürə sahib olduğunu növbəti dəfə gördü. Bu psixologiya ilə "Qarabağ”a aşağıdan yuxarı baxmaq əbədi alın yazınızdır. O yazını Tanrı yox, öz cılız barmaqlarınızla özünüz yazırsız. Yazıqlar olsun...

 


 

Topçubaşı

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

Facebookdan bizi izləməyi unutmayın.
X