00:06 24.12.2019 1835

Tahir Süleymanov "Neftçi"dəkiləri topa tutdu

"Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov feysbuk hesabında Bakı klubunun durumuna reaksiya verib. Beynəlxalq dərəcəli hakim rəhbərliyin Roberto Bordini göndərmək planına maraqlı münasibət bildirib. Fanat.Az Süleymanovun yazdığını təqdim edir:


Deməli, deyilənə, yazılana görə "Neftçi" rəhbərliyini təsisçilər məşhər ayağına çağırıb, hesabat istəyib, danlayıb...


Cavabdehlər də deyib ki, narahat olmayın, Avropada APOEL-lilər, BATE-lilərdən ibarət "Qarabağ"ı udanlar cəmiyyəti" yaradırıq...


Ağdamlıları keçsələr də, bəxtimiz gətirib, bir-iki məşqçinin işindən narazı qalıb istefaya göndəriblər. Onlardan birini gətirib öz klub ömrümüzü uzadacaq, "Neftçi"ni "xilas" edəcəyik...


İki ildə "xilasedicilərin" ləvazimatları yetərli deyilmiş. İtaliyadan gətirilən "material" da "brak" çıxıb. "Brak"ın yararsız olacağını indi yox, elə o vaxt detallı təhlil edib demişdik axı...


Vaxtında Bordinin "brak"lığını görməyib gətirənlərin "brak"lıq dərəcəsini hesabatda ölçən olmayıb?! "Brak"lıq hərtərəfli fontan vurur. Belədə, neft milyonları "brak"lara niyə xərclənsin ki?!


 

Futbol "brak"lığı bir tərəfə, mənəvi "brak"lıq olmasaydı, əvvəlki uğursuzluqlar qalsın, Sumqayıt faciəsindən sonra üzr istənilib istefa verilərdi. "Neftçi" tarixinin növbəti anti-rekordu "yazılmış" oldu. İndi isə yeni "plan"lar, "oyunlar" cızılır...


 

Futbol, mənəvi "brak"lıqlar qarşısında hesabat nağılları olmur, komanda bu günə salındığına görə, yeni "sponsorluq" kostyumlarında birbaşa komanda verilir. Vaxtilə komandaya soxuşdurulmaq istənilən jireslərə, tiqanalara komanda verdiyimiz kimi...


 

O boyda tarixi klub nə günə salınıb ki, nicat yolu "Qarabağ"ı udanlarda görülür. Kəramətinizə Bordinli Dabolu, Monrozlu, Stankoviçli "Qəbələ-2" "əsərinizlə" Şəmsi-Gülağa virtuoz tandemi ilə 100 min avroluq bir tuş çalınsın...


 

APOEL, BATE "Qarabağ" üzərində qələbələr qazanıb?! Futbol fəlsəfəsi, düşüncəsi "Neftçi"nin bazasında neftdən gələn pulları məhv edib fontan vurur. Futbolun yeni ölçü vahidi meyarları icad edilir. Mütləq Lisenziyalaşdırma Komissiyasına salınmalıdı...


 

APOEL-i "Neftçi"li bizlər evində məhv edib keçib. İndiki heyəti yox, ÇL-in 1/4 finalında "Real"la qarşılaşmış APOEL-i. İndi meyarınızı özünüz müəyyənləşdirin. Bizlər "Neftçi" adına nəticə meyarlarını çoxdan müəyyənləşdirmişik...

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X