22:52 25.01.2020 2076

Ayxan Abbasov: \"Gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər\" - MÜSAHİBƏ

Antalyada təlim-məşq toplanışını yekunlaşdıran "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına müsahibə verib.

 

 

 

Fanat.Az həmin müsahibəni təqdim edir:


 

- "Sumqayıt”ın təlim-məşq toplanışını ümumi olaraq necə dəyərləndirərdiniz?

- Yanvarın 3-dən etibarən Sumqayıtda mövsümün ikinci yarısı üçün hazırlığa start verdik. Məşqlərimiz yüksək tempdə getsə də, yükləmələri pillə-pillə artırmaqla ümumi plan üzrə çalışdıq. Ayın 12-də hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollandıq. Antalyada olduğumuz müddətdə futbolçularımı istəkli görmək məni çox sevindirdi. Ümumən, nizam-intizam sarıdan problem yaşamadıq. Keçirdiyimiz bütün yoxlama oyunlarına ciddi şəkildə yanaşdıq və hər oyuna ayrıca hazırlaşdıq. Antalyada olduğumuz müddətdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışdıq. Toplanışda yeganə üzücü məqam yarımmüdafiəçimiz Vüqar Mustafayevin zədələnməsi oldu. Ümid edirəm ki, tez bir zamanda zədəsini sağaldıb, komandaya qoşulacaq.


 

- Toplanışın ikinci mərhələsində 4 yoxlama oyunu keçirdiniz ki, bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alındı...

- İlk iki qarşılaşmada hər hissəyə fərqli heyətlə başladıq. Hər kəsə eyni bərabərlikdə şans verməyə çalışdıq. Çünki, buna ehtiyacımız var idi. Bütün mövqelərdə futbolçularımız arasında yaxşı mənada rəqabət yaratmaq istəyirdik. Bu əsasən də, gənc futbolçulara görə hesablanmış addım idi ki, onlar hər zaman "döyüşə” hazır olsunlar. Bilirsiniz ki, çempionat boyu gənclərə çox üstünlük vermişik. "Kapoşvar”la baş tutan ilk matçda məğlub olsaq da, futbolçulardan razı qaldım. Çünki, onlarda istədiyim hərəkətliliyi və verilən tapşırıqları səhvsiz yerinə yetirmə istəyini gördüm. Rumıniya təmsilçisi "Poltexnika” (İaşi) ilə oyunda isə bərabərlik qeydə alınmasına baxmayaraq, görüş qarşılıqlı mübarizə şəraitində keçdi. Hətta deyərdim ki, keçirdiyimiz oyunlar arasında mübarizə baxımından ən bəyəndiyim matç məhz Rumıniya təmsilçisinə qarşı oldu. Son iki oyunda isə qələbə qazandıq. Polşa "Arka”sını 1:0 yendiksə, bu gün "Şaxtyor”la oyun daha məhsuldar alındı. Çempionat öncəsi ardıcıl qələbələr qazanmağımıza sevindik. Çünki, komandanı qalib ruhda çempionata hazırlamaq istəyirik. Ümumilikdə, keçirdiyimiz oyunlardan razı qaldım. Amma, bununla belə, hələ də səhvlərimiz var ki, bu da qaçılmaz haldı. Sumqayıta qayıtdıqdan sonra da səhvlərimizin üzərində çalışacağıq ki, çempionatda da tam gücümüzü ortaya qoyaq.


 

- Antalya toplanışına gələn gənc futbolçuların çıxışını ümumi olaraq necə dəyərləndirmək olar?

- Çempionatın ilk yarısında 5 limit futbolçu ilə oynamışıq. Türkiyə toplanışına əvəzedici komandamızda daim forma şansı qazanan futbolçulardan 3 nəfəri – qapıçı Ələkbər Ağayevi və meydan oyunçuları Cavid Quliyevlə Nəbi Məmmədovu özümüzlə gətirmişdik. Onu da bildirim ki, Ələkbər və Cavid öz akademiyamızın yetirmələridi. Bu gün gənclərin inkişafı üçün müəyyən zaman lazımdı. Gənclər də həmişə öz üzərlərində işləməlidilər. İnanıram ki, akademiyamızın yetirmələri olan, hazırda bizimlə birlikdə bu kollektivdə olan gənclərimiz yaxın illərdə Azərbaycan millisinin aparıcı üzvlərinə çevriləcəklər.


 

- Artıq Antalya toplanışı başa çatdı. Sizcə, komanda bu gün üçün çempionata neçə faiz hazırdı?

- Toplanışdan sonra ilk turlar həmişə istər-istəməz çox çətin keçir. Çünki, Premyer Liqada yer alan bütün komandalar təlim-məşq toplanışında olurlar. Düşünürəm ki, ilk 3 tur bizim üçün çox ağır olacaq. Amma bu görüşlərdə ümumi mübarizəyə gücümüzün çatacağını düşünürəm.


 

- "Şaxtyor”la son yoxlama oyunu keçirən "Sumqayıt” sabah vətənə dönəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...

- Bu gün artıq komandamız Antalya toplanışını başa vurdu. Səhər saatlarında inşallah vətənimizə yola düşəcəyik. İki günlük istirahətin ardından öz stadionumuzda "Neftçi” ilə oyunun hazırlığına start verəcəyik.

 

 

 

Fanat.Az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X