"Football World Rankings" portalı ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb. "Qarabağ"ın çalışdırcısı 1054 xalla 578-ci yerdə qərarlaşıb. Mütəxəssis ötən ayla müqayisədə bir pillə irəliləyib.
Qeyd edək ki, siyahının ilk pilləsində "Liverpul"un baş məşqçisi Yürgen Klopp qərarlaşıb. "Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde 2-ci, "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo 3-cü olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol