21:50 10.02.2020 3888

Milliyə bir namizəd var

Millinin baş məşqçi postunun hərraca çıxarılması Azərbaycan futbolu üçün köhnə komediyanın yeni seriyası sayıldı. Nə az, nə çox düz 32 namizəd haqda düşündüklərini (düşündüyünü) açıqlayan Elxan Məmmədov AFFA-nı növbəti dəfə gülüş hədəfinə çevirdi. İcraçı vitse-prezident vəzifəsini özünə hazırlayan "vəzir” mətbuatın ədalətsizlik olan yerdə susmağa utanan qisminin haqlı tənqidlərinə məhəl qoymadan "işğal planı”nın bu bölümünü də həyata keçirdi.


Adları KİV-in başını qatmaq, əsas hədəfdən yayındırmaq üçün açıqlanan 5 əcnəbi üzərində dayanmaq fikrim yoxdu. Bu, naşı futbol idarəçilərinin sağı göstərib solla vurmasına yardımçı olmaq anlamına gələr. Məmmədov və qulbeçələrinin öz qafaları ilə faydalı olanı, seçməmizə uyğun gələni tapacağına inamım çox az olduğundan potensial baş məşqçiləri təhlil etməyəcəm.


Bu komandanın indiki durumda yadelliyə tapşırılması növbəti yanlış addım olar, pis günə salınmış futbolumuzun qara bəxtinə növbəti palçıqlı səhifə kimi yazılar. Təbii, assosiasiya rəsmilərinin çoxu öz sərsəmləmələrində gəlmələr arasında düzgün seçim etməyin həlledici məqam olduğunu önə çəkir. Elə ağzına bəlli yollarla qıfıl vurulmuş mütəxəssislər, Məmmədovun idman mətbuatındakı yumşaq desək, məsləkdaşları da eyni mövqedən çıxış edir. Doğrunun isə bircə səmti var: əvvəlki xətalardan nəticə çıxarılmalı, Azərbaycan yığmasına yeni nəsə verə biləcək yerli çalışdırıcı müəyyənləşdirilməli, şəxsi mənafelər ikinci plana keçirilməlidi.


"Vəzir”in qəsdən pis məşqçiləri seçməmizə "caladığına”, millimizin biabırçı nəticələrə imza atdığına sevindiyinə inanmıram. Marketinq sahəsini yaxşı bilən Məmmədov sadəcə, futbolun futbol tərəflərindən çox az anlayır. Belə olmasaydı, xərclənən milyonlar fonunda ölkəmizin adı "cırtdanlar”la yanaşı çəkilməzdi. Sovetlər dönəmindəki məhsul yarışlarını xatırladan hesablamaların, Azərbaycanda futbolla məşğul olanların sayının gözə soxulmasında belə, bir naşılıq var. Ən pisi odur ki, sözügedən AFFA rəsmisi uzun illər haqq etmədiyi vəzifədə çalışsa da, bu idman növünə peşəkar futbol funksioneri gözüylə baxmağı bacarmır. Hər dəfə baş katib səhvə yol verir, hər dəfə nəsə çatmır və yekunda müəyyən zaman kəsiyində yığmada olan futbolçu nəsli milli formayla məğlub əsgər imiciylə vidalaşır. "Artırmadan”, uğura bənzər nəsə qazanmadan, azarkeşləri sevindirmədən...


Bəlli məsələdir ki, klubda gördüyü işlə futbol ictimaiyyətinə "baxın, mən də varam” mesajı verənlər az deyil. Samir Abasov, Ayxan abasov və sair var. Hərçənd yerli "məşqçi sexinin məhsulları”nı da hazır namizəd adlandırmaq xüsusi cəsarət istəyir. Klub başqadı, milli başqa... Hə, hər ikisi futbol komandasıdı. Amma klubu ölkədaxili matçlara hazırlamaqla millini beynəlxalq oyunlara çıxarmaq arasında yerlə göy qədər fərq var. Yığmada xarizmalı, yerli futbol mentalitetinə dərindən bələd olan, xarakterində liderlik cizgiləri aydın sezilən, pərdəarxası oyunlarda adı hallanmayan, Azərbaycanı ürəkdən sevən, dövlət rəmzlərinin dəyərinin fərqinə varan, böyük hərflərlə AZƏRBAYCANLI çalışmalıdı. Sadalanan üstünlükləri özündə cəmləşdirən yeganə namizəd milli karyerasını bir müddət öncə son qoymuş Rəşad Sadıqovdu. O Sadıqov ki, Qurban Qurbanovun "Qarabağ”ının - ən uğurlu Azərbaycan komandasının yalnız kapitanı yox, həm də döyünən ürəyidi. O Sadıqov ki, ən azı böyük şansa layiqdi. O Sadıqov ki, kiminsə əlində alət olmağı heç vaxt özünə sığışdırmaz və onun işlədiyi millidə kimsə qruplaşma yarada bilməz.


Təbii, yığmanın sabiq kapitanı AFFA-da çalışmağın nə dərəcədə çətin olduğunu yaxın dostu Qurban xoca əsas milliyə rəhbərlik edəndə görüb. Adamın "şüşəli saray”da kimin hansı yuvanın quşu olduğu haqda bir futbol romanına sığacaq qədər bilgisi var. Həm təcrübəli, həm də gənc futbolçu nəslinin bütün nümayəndələrini tanıyır. Bunları bilməsi 16 il formasını geyindiyi millini yeni ruhla çalışdıracağını proqnozlaşdırmağa bəs edir.

Məlum "torba əməliyyatı”ndan sonra futbol ictimaiyyətindəki qısa kölgəsi bir qədər də qısalan "vəzir” özü də başa düşməlidir ki, təkəbbürdən əl çəkmək, yığmanın "sükanı”nı Sadıqova həvalə etmək çörəyi çörəkçiyə vermək qədər düzgün seçim olar. Geci-tezi var... Mərkəz müdafiəçisi axır-əvvəl Avropa təcrübəsinə uyğun olaraq bu yükü öz çiyinlərinə götürəcək.

 

Açığı, klub karyerasını sürdürən Sadıqovun idman-qanqsterlərinin ovlağına çevrilmiş AFFA-da yenidən işləməyə necə baxacağını söyləməyə çətinlik çəkirəm . Amma "vəzir” bu məsələ ətrafında şəxsən düşünməli, çırtmasına baş əyən İK üzvlərinə gec də olsa, haqqın yolunu tapdığını çatdırmalıdı. Quru rəsmiyyətlə yekunlaşdırsaq, ümumi konsepsiyalar naminə...

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X