23:56 10.04.2020 1435

BİZİM FUTBOL: Rusiyanı Bakıda sevinməyə qoymayan milli ümid - VİDEO

Vaqif Cavadovun karyerasını yenidən vərəqləmək, rəqəmlər üzərində dayanaraq geniş məlumat verməyə çalışmaq yersiz alınar.

Moskva MOİK-ində futbolun sirlərini öyrənmək şansını boşa verməyən Vaqif Şahin Diniyevin çalışdırdığı "Qarabağ”da gənc yaşda forma şansı qazandığına görə, şübhəsiz, sözügedən mütəxəssisə borcludu.

Əslində Azərbaycan futbolunun ön xətt oyunçusu sarıdan böyük sıxıntı çəkdiyi vaxtda gənc vingerin Ağdam komandasında parlaması yüzlərlə futbolsevərin ürəyində yeni ümidlər cücərtdi.

Bəli, intensiv məqşlərin, həvəsin, Füzuli Cavadovun oğlu olmasının da onun yetişməsində rolu var. Ancaq meydandakı hər hərəkəti ilə maraqlı futbolçu təsiri bağışlayan cinah hücumçusu həm də istedadlı idi.

"Qarabağ” – "Tvente” –"Bakı” marşrutu ilə çıxdığı yolçuluqdan, qısa "Volqa" macərasından demək olar ki, hamı xəbərdardı.

Elə Cavadovlar nəslinin indilik son futbolçu nümayəndəsinin karyerasını da iki yerə ayırmaq olar. Təəssüf ki, ölkənin bir qədər qürur, bir qədər pafos və bir qucaq ümidlə "Tvente”yə yola saldığı yerli ulduz bir daha xəyallardakı Vaqif olmağı bacarmadı.

Belə desək, nikbin fanatların umduğu yüksəliş gözə dəymədi. Yəni 2007-2010 aralığındakı. Bir qədər də qətiləşdirsək, bu qısa dönəmin son ilyarımında sərgilənən qürurverici performansın ardı gəlmədi.

Düzdü, ön xətt oyunçusu hər kəsin "Vaqifin futbolu bitib” dediyi vaxtda Kaxaber Tsxadadzenin "İnter”ində kapitan sarğısını daşıyan oyunçu hələ tükənmədiyini 33 oyunda vurduğu 14 qol və çoxsaylı məhsuldar ötürmələri ilə ortaya qoydu. Ancaq azarkeşlərin, mətbuat nümayəndələrinin, eləcə də futbol mütəxəssislərinin gözlədiyi bu deyildi...

Bütün hallarda, Vaqifi müstəqillik dönəminin "qaymaqlar”ından biri, oynadığı klublarla yanaşı, Azərbaycan millisinə də ciddi faydası dəymiş oyunçu qismində dəyərləndirmək vacibdi.

Vingerin ulduzlaşdığı matçların bir neçəsini yada salmağa dəyər.

DÇ-2010-un seçmə mərhələsinin oyunları zamanı gənc Cavadov futbol formasının zirvəsində idi. Təbii, Rusiya yığmasıyla oktyabrın 14-də keçirilən qarşılaşma ərəfəsində azərbaycanlı fanatların xüsusi nə isə gözlədiyi isim də o idi. Hücum xəttinin gənc lideri 1:1 hesabıyla bitən matçda özünü ən yaxşı tərəfdən göstərdi. O, şimal qonşularımızla prinsipial dueldə seçməmizin yeganə qolunu vurdu və 90 dəqiqə sıradan futbolçu olmadığını isbatladı:

 

 

Milli formayla çıxdığı 57 qarşılaşmada 9 dəfə rəqib qapılarına yol tapan Vaqifin Bakıda rusları 4 il sonra yenə qələbəyə həsrət qoyması isə bəlkə də alın yazısı adlandırılmalıdı:

 

 

AÇ-2012-nin seçmə mərhələsində Astanada Qazaxıstana 1:2 hesabıyla yenilən milli məğlubiyyətin əvəzini evdə çıxmalıydı. Əlbəttə, yığmamız sambalda komandaların seçmə tsikllərdə öz hədəfləri olur. 2011-ci ildə, sentyabrın 6-da Bakıda gerçəkləşən görüşdə qonaqlar hesabı açsa da, yekunda azərbaycanlı futbolsevərlər zəfərə sevindi. Qazaxıstanın mübarizə əzmini qıran qola isə "7 nömrə” imza atdı:

 

Siyahını uzatmaq, cinah hücumçusunun səfərdə Lixtenşteynin (2:0), BƏƏ-dəki beynəlxalq turnirdə Çexiyayanın (2:0), rəqib meydanında Almaniyanın qapısına yol tapmasından danışmaq da olar. Onun rəqiblərin qapı torunu silkələməsə belə, yüksək səviyyədə keçirdiyi başqa önəmli matçlar da var. 

Ən pisi budu ki, son klubu "Keşlə” olan Cavadov ötən ilin yayından klubsuzdu. Karyerasını bitirməyə hazırlaşmadığını dəfələrlə açıqlasa da, güvənən, komandaya dəvət edən yoxdu. Hə, səbəblər müxtəlifdi... Hər biri haqda danışmaq isə ayrıca yazı mövzusudu.

Fanat.Az


 

 

 


 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
15:46

"Sabah" Həmzə Çoudrini transfer edə bilməyəcək?

15:29

Avropa çempionu Qazaxıstan millisinə baş məşqçi təyin edildi

15:11

MOİK rəsmiləri Xankəndiyə yollanır

14:53

Azərbaycan yığması Şimali Makedoniyaya qalib gəldi

14:34

"El Klassiko" Türkiyədə keçirilə bilər

14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X