
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Polşanın “Rakuv” klubu doğma meydanda İsveç təmsilçisi “Hammarbü” ilə qolsuz heç-heçə edib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşılaşmaya start heyətdə başlayıb və matçı əvəzlənmədən başa vurub.
Tərəflərin cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb və komandalar meydandan bərabərliklə ayrılıblar.
Tərəflər arasındakı həlledici qarşılaşma bir həftə sonra İsveçdə baş tutacaq.
Kamil Xudiyev