
“Real Madrid” Almaniyanın “Leypsiq” klubunun 19 yaşlı hücumçusu Yan Diomandeni heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, "kral klubu" fildişi sahilli futbolçu ilə 2033-cü il iyunun 30-dək nəzərdə tutulan 7 illik müqavilə imzalayıb.
Məlumata görə, Madrid təmsilçisi bu transfer üçün 125 milyon avro sabit ödəniş və 25 milyon avro bonus olmaqla ümumilikdə 150 milyon avro xərcləyib.
Gənc hücumçu 2025/26 mövsümündə “Leypsiq”in heyətində bütün turnirlərdə keçirdiyi 36 oyunda 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Diomande, həmçinin 2026-cı il dünya çempionatında Kurasaoya qarşı keçirilən görüşdə bir məhsuldar ötürmə müəllifi olub.