16:14 14.04.2020 1685

BİZİM FUTBOL: Kim deyir ki, Mahir mahir olmayıb? - VİDEO

Müstəqillik dönəmində sıravilərdən seçilən yerli futbolçuların sayı o qədər də çox olmayıb. Bir nəsildə 5-6, digərində 3-4 "qaymaq” nəzərə çarpıb. Təbii, bu üzdən Azərbaycan yığmasında həmişə ümumi balans  problemi olub. Təsadüfi deyil ki, meydana 11 eyni səviyyəli oyunçu çıxartmaq məsələsi bu gün də ən çox müzakirə edilən mövzulardandı. 

Futbolumuzun səviyyəsi ciddi nailiyyətlərdən danışmağa imkan vermədiyi üçün futbolçularımızı da öz epizodik  uğurlarımız, yerli fanatların ürəkdən sevindiyi parlaq anlar  üzərindən dəyərləndirməyə məhkumuq.

Milliyə fayda vermiş, dövrünün istedadlılarından hesab edilmiş futbolçulardan biri də Mahir Şükürovdu.

Əslində sağ cinah müdafiəçisinin (hərdən yarımmüdafiənin cinahında da oynaması təbii haldı) klub karyerası da kifayət qədər zəngindi. 

"Gənlərbirliyi” və "Antalyaspor”da qalıb oynamamasını bacarıqsızlığı yox, xarakteri ilə bağlamaq daha uyğun olar. Azərbaycan klublarında maliyyə vəziyyəti normallaşandan sonra vətənə qayıtması isə tam anlaşılandı. Öz ölkəndə oynamaq şansı ola-ola eyni məbləğdə xaricdə top qovmağa dəyərdimi? Orta statistik azərbaycanlı futbolçu məntiqiylə cavablandırsaq, qətiyyən yox! "Karvan”, "İnter”, "Olimpik”, "Xəzər Lənkəran”, "Neftçi”, "Qəbələ”…  Hələ 2003/04 mövsümündə "Şəfa”da da tər töküb. Bura 1 mövsümlük "Anji” (2010/11) və "Karşıyaka” (2014/15) səhifələrini də əlavə edək. 

Özünəməxsus aldadıcı fəndi, effektli asmaları, normal sürəti olan Mahir sadaladığımız klubların hər birində qala, yalnız futbolu düşünərək daha artığını edə bilərdi. Ancaq ərköyün, həyata bir qədər fərqli nəzərlərlə baxan Şükürov necə deyərlər, özünü yükləmədən, yeni üfiqlərə boylanmadan oynadı…
   
Hə, Mahir insan və oyunçu kimi hamının bəyəndiyi və güvəndiyi biri olmaya bilər. Bununla belə, veteran müdafiəçi  4 qol vurduğu yığmada nəyə qadir olduğunu göstərmiş sayılır.  2004-14 aralığında 76 dəfə milli formanı geyinmiş arxa xətt oyunçusunun önəmli anlarda səhnəyə çıxmaq məharəti mütləq vurğulanmalıdı. 

Haqqında danışdığımız oyunçunun vacib qarşılaşmalarda azərbaycanlı futbolsevərlərin ürəyini qürurla dolduran məhsuldar ötürmələri isə xüsusi sayğıya layiqdi. 

Mahirin mahir futbolçu təsiri bağışladığı ən yaddaqalan matçların bir neçəsi haqda danışmağa dəyər. 

AÇ-2012-nin seçmə mərhələsini 7 xalla bitirən seçməmiz 10 qol vurdu və yalnız tsikli 4 xalla bitirən Qazaxıstanı qabaqlaya bildi. Hərçənd qıpçaq türklərinə səfərdə 1:2 hesabıyla yenilməyə, heç olmasa, öz meydanında Avstriyadan da xal ala bilərdi… Türkiyəni Bakıda məğlub etdik, güclü Belçika ilə öz meydanımızda bərabərə qaldıq və Qazaxıstandan rəqib meydanında aldığımız yenilginin əvəzini çıxdıq. 

Şükürovun 7 xalın qazanlmasına böyük qatqısı oldu. 2011-ci ilin sentyabrında "Tofiq Bəhramov”da penalty vuruşuyla hesabı açan Belçika millisini qələbəni əldən verəcəyinə az adam inanardı. Matçın gedişi də belə düşünməyə əsas verirdi. Lakin 86-cı dəqiqədə ideal asma ilə rauf Əliyevin fərqlənməsinə şərait yaradan Şükürov meydana topu başından etmək üçün çıxmadığını isbatladı və yığma özündən bir neçə dəfə güclü rəqibi dogma azarkeşləri önündə qələbədən etdi:

Həmin tsikldə Qazaxıstanla ev oyunu da müdafiəçi üçün parlaq alındı. Berti Foqtsun yarımmüdafiənin sağ cinahında forma şansı verdiyi oyunçu həm Raufa məhsuldar ötürmə verdi, həm də özü penaltidən fərqləndi:

DÇ-2014-ün seçmə mərhələsində 9 xal toplayan Azərbaycanın 7 qoldan artığına gücü çatmadı. Lakin o tsikldə Şimali İrlandiyanın əzilməsi əlamətdar olay oldu. Rəqib meydanında 1:1 hesablı heç-heçənin ardından Bakıda qazanılan 2:0 hesablı qələbə məğlubiyyətlərdən bezmiş azarkeşləri ovundurdu. Sona yaxın oyunu yüksək səviyyədə keçirən Mahirin cərimə zərbəsindən vurduğu mükəmməl qol isə futbol dərsliklərinə salınacaq qədər effektli alındı:

Şükürovun karyerasının ən parlaq dönəmlərində top qovduğu "Neftçi”də də ön plana çıxdığı matçlar az deyil. Məsələn, tarixi uğurda – 2012-ci ilin yayında komandanın Avroliqanın qrup mərhələsinə yüksəlməsində danılmaz əməyi var. Bakıda Kipr təmsilçisinin qapısına penaltidən yol tapan və cütün taleyini səfər oyununa saxlayan məhz bu futbolçu olmuşdu:
Siyahını uzatmaq, Mahirin özünü sübut etdiyi başqa görüşlərdən də söhbət açmaq olar. Amma elə sizlərə təqdim etdiyimiz 4 görüntü də butslarını mıxdan asmış 38 yaşlı veteranın futbolda iz qoymadan getmədiyini təsdiqləyir.  
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

12 İyun 2026
02:40

Dünya çempionatları tarixində hələ belə hadisə olmamışdı

02:22

Meksika millisi hələ belə qələbə görməmişdi

01:29

Bernardu Silvanın "Real"la münasibətləri nə vaxt rəsmiləşdirəcəyi bilindi

01:03

DÇ-2026: Meksika mundiala CAR üzərində qələbə ilə başladı

00:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11 İyun 2026
23:57

Roma Papası "Real"ın fəxri üzvü oldu

23:49

Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

23:21

PSJ onun üçün 100 milyon avronu gözə aldı

22:55

"Liverpul" onu 80 milyon avroya transfer edə bilər

22:12

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

21:31

Amin Seydiyev karyerasını "Zirə"də davam etdirəcək

21:03

"Lill"in fransalı vingeri "Sabah"da

20:38

DÇ-2026: Mundialın açılış matçında Meksika və CAR üz-üzə gəlir

20:13

UEFA somalili hakimə belə dəstək oldu

19:38

Azərbaycan Badminton Federasiyası RBF-ni idman ləvazimatları ilə təmin etdi

19:04

Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli oldu

18:52

Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat aldı

18:07

"Qarabağ" klubunun İdarə Heyətinin iclası keçirildi

17:48

Azərbaycan millisinin hücumçusu əməliyyat edildi

17:23

"Şamaxı" heyətinə daha bir futbolçu qatdı - RƏSMİ

17:18

İtaliya klubu baş məşqçisi ilə müqavilə yenilədi

16:51

İstanbul nəhəngi "Arsenal"ın vingerini istəyir - Maaşı açıqlandı

16:33

"Şəfa" loqosunu dəyişdi - FOTO

16:10

Premyer Liqa klubunu Çempionşipə salan məşqçi qovuldu

15:52

"Real Madrid" futbolçusunu İtaliya nəhənginə təklif etdi

15:36

İlham Yadullayev Bakı klubundan ayrılır? - Açıqlama

15:17

Azərbaycan millisi FİFA reytinqində gerilədi - Lider dəyişdi

14:59

"Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli bu komandaya baş məşqçi təyin olunmağa yaxındır

14:38

Vadim Abdullayevin yeni iş yeri müəyyənləşmək üzrədir - SON DURUM

14:20

Xavi "Barsa Əfsanələri"ndən uzaqlaşdırıldı - Bu addımına görə Laporta ondan qisas alır

13:54

Tevesi Argentina millisinin sabiq baş məşqçisi əvəzlədi

13:33

Portuqaliyadan minimal hesablı qələbə, İngiltərə və Əlcəzairdən darmadağın - VİDEO

13:15

"Qarabağ" Bikalyo ilə uzunmüddətli yeni müqavilə imzaladı - RƏSMİ

12:57

Ançelotti Mərakeş millisi ilə oyun ərəfəsində belə danışdı

12:36

"Biz hökumətləri və polisi idarə edə bilən krallar deyilik" - İnfantino aciz durumda

12:18

Samir Ələkbərov Bakı klubuna baş məşqçi təyin olundu - Rəsmi

11:45

"Araz-Naxçıvan"ın yerlilərinin taleyinə aydınlıq gəldi - İkisi qalır, biri...

11:27

Mbappe DÇ-2026-da 4 rekord müəllifi ola bilər

11:06

"Zirə" 5 futbolçu ilə anlaşdı - RƏSMİ

10:30

"Qarabağ" "Levski" ilə qarşılaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X