11:36 03.06.2020 1959

Özbaşınalıq və iqtisadi sabotaj

Nəhayət, Azərbaycan futbolunda da canlama başladı. Üç aya yaxındı ki, yerli xəbər sarıdan "aclıq çəkən” idman mətbuatının gündəmi yerli xəbərlərdi. Həqiqətən bizlər - mətbuat üçün də uzun fasilə oldu. Durğunluqdan istifadə edib futbolumuzun meydanalara qayıdışından sonra görüləcək işlərlə bağlı planlaşdırmalar aparanlar da az deyildi. Təkcə biz yox, elə klub fuksionerləri, futbol başbilənlərimiz üçün də keçərlidi bu fikir. 
 
Yəni deməyim odu ki, pandemiya bizə  fikirləşməyə, ölçüb-biçməyə kifayət qədər zaman tanıdı. İşinin perspektivini düşünən hər kəs bunu etdi. Mən belə düşünürdüm, amma... 

AFFA-nın icraçı vitse-prezidenti  Elxan Məmmədovun "CBC Sport”un "Bizim futbol” verilişində  səsləndirdiyi fikirlərdən sonra deyiləcək söz qalmır. İnsan bu qədər vaxtı vəzifəsini məşğul etməklə məşğuldu. Sirr deyil ki, Azərbaycan futbolunun strateji qurumunda cənab Məmmədov fövqəlsəlahiyyətə malikdi. Di gəl, bu müddətdə futbolumuzun strategiyasının "s”i qədər də düşünməyib, səhvlərindən daşınmayıb. Necə deyərlər, köhnə hamam, köhnə tas. Qənaitim  sözügedən verilişdə "vəzir”in dediklərindəndi. Aydın olur ki, vitse-prezidentin bu müddətdə işi - gücü, arzu-niyyəti yarımçıq qalmış danışıqlarını bərpa etmək imiş. Səhv ya da düz, dəxli yoxdu. Cənab öz bildiyini ictimaiyyətə "yedirtmək” istəyir, vəssalam!

Təəssüf ki, futbolun içindən çıxan, azdan-çoxdan bu sahəyə bələd olan Məmmədovun ətrafındakı "marionetkalar” da susur. Susmalıdılar da! Çünki, adları üstlərindədi.

Səhvləri biz deyək:

Elxan Məmmədov üç məşqçi ilə danışıqların davam etdiyini deyir. Şübhəsiz, bu üçbucağın bütün bucaqları əcnəbilərdi. Futbolu bilən yox e, bu idman növü ilə az maraqlanan da əmindi ki, özünə hörmət edən əcnəbi məşqçi milyondan aşağı məbləğə müqavilə bağlamaz. Özü də neft ölkəsinə gələn... Söhbət ya dollar, ya da avrodan gedir. Bu da Məmmədovun dəyərini bilmədiyi manatımızla təqribən  2 milyon edir. Gələn məşqçi yanında azı iki nəfər də gətirəcək. AFFA-nın onlar üçün dəbdəbəli otel və ya ev kirayələməsi  2, 5 milyon manatdan da çox para deməkdi. Hələ bu, minimal təxminimdi.

İndi Məmmədovun Gəncə və Tovuz klublarının Premyer Liqaya yüksələ bilməməsinin səbəbini necə izah etməyə çalışdığına diqqət edək: "Lisenziya ilə bağlı əsas meyarlar infrastruktur və maliyyə məsələləridi. Əvvəlki təcrübə göstərdi ki, maliyyə meyarlarına göz yumsaq, çempionat gedə-gedə onların sayı azala bilər. Planda 10 komanda var idi. Amma indiki vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, növbəti mövsümdə yüksək dəstədə 10 komanda olmayacaq. Stabilliyi qorumalıyıq. 8 komandalı çempionat keçiriləcək". 

Bu dəmdə bir sual yaranır: Olmazmı ki, 2,5 milyonu əcnəbilərə yox, bölgə klublarına dəstək üçün xərcləyək? 

"Milli necə olsun” soruşsanız...

"Yaxın 4-5 ildə gətirəcəyiniz əcnəbilər bizə hansı uğuru qazandıra bilər” deyirəm.

Yığma bütün hallarda, yerli məşqçiyə tapşırılmalıdı. Bölgələr böyük futbola qayıtmalıdı. Çempionatda rəqabət artmalıdı. AFFA tərəfindən ideal plan  hazırlanıb dövlətə təqdim olunmalıdı. Çıxış yolu budu!
Dövlətin pulunu tək qafayla idarə etmək olmaz! Yanlışdı! 

İndiki durumda 2-3 milyonu əcnəbilərin vasitəsi ilə Azərbaycandan çıxartmaq SƏHVDİR!!! 

İqtisadi SABOTAJDIR!!!

Mətbuat olaraq buna göz yuma bilmərik. Güman ki, gəncəli və tovuzlu idmansevərlər də bizi tək qoymaz. Elxan Məmmədovun özbaşnalığına "DUR!” deyilməsi üçün aidiyyatı qurumlara, lap dövlət başçısına belə müraciət edəcəklər. 

Tək əldən səs çıxmaz!

Əli Sahib
Fanat.Az  



Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X