"Sumqayıt”ın futbolçusu Əmir Ağayev yeni müqavilə məsələsində rəhbərliklə razılığa gəlmək üzrədi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi” israilli yarımmüdafiəçini transfer etmək planından vaz keçib.
"Kimyaçılar”ın prezidenti Riad Rəfiyev Azərbaycan millisində oynamaq perspektivini əsas götürərək gətirdiyi oyunçunu razı salmağa və şərtləri onu qane etməyən sözləşməyə qol çəkdirməyə çalışır. Son danışıq zamanı yığma ilə bağlı verilən vədlərin mövcud vəziyyət üzündən yerinə yetirilmədiyini vurğulayan Rəfiyev belə desək, yəhudi futbolçunu ümidlərin tükənmədiyinə inandırmağa çalışıb.
Düzdü, indiki durumda AFFA-nın baş katibi Elxan Məmmədov da bu yöndə öz adamı olan menecer-başqana dəqiq nə isə deyə bilmir. Həm Əmir futbol ictimaiyyətində özü haqqında müsbət imic formalaşdıra bilməyib, həm də oyunu ilə yığmanın formasını haqq etdiyini isbatlamağı bacarmayıb.
Digər tərəfdən, milli ilə bağlı daha vacib məsələlərin həllini tapmadığı da faktdı. Ancaq bütün hallarda, Rəfiyev AFFA-nın vitse-prezidenti ilə birgə cızdığı planın yaxın 1 ildə həyata keçəcəyinə ümid edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol