2020/21 mövsümü üçün FIFA referilərinin yeni siyahısı açıqlanıb.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futzal üzrə FIFA referisi Hikmət Qafarlı açıqlanan yeni siyahıda ikinci kateqoriyada yer alıb.
Digər azərbaycanlı hakimlərin mövqeyində dəyişiklik olmayıb. Futbol üzrə FIFA referisi Əliyar Ağayev birinci kateqoriyada qalıb. Rəhim Həsənov və Rauf Cabbarov III kateqoriyada saxlanılıblar.
Qadın referilərdən Yuliya Qurbanova da üçüncü kateqoriyadadı.
Fanat.Az