22:48 26.08.2020 1392

Qurban Qurbanov: "İmkanları qola çevirə bilmədiyimizə əsəbiləşdim"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Sona kimi mübarizə apardıq. Bu qələbə bizim üçün çox vacib idi. Sönük oyun kimi görünə bilər, amma yetərincə imkanlarımız oldu. Bu imkanları qola çevirə bilmədik deyə, əsəbiləşdim. Futbolçularımı təbrik edirəm, ən azı Avropa Liqasının pley-offunu təmin etdik.
 
- Rəqibin qırmızı vərəqəsindən sonra sanki komandada durğunluq oldu. Bu, arxayınlıqdan yarandı?
- Deməzdim ki, arxayınlıq oldu. Sadəcə, belə halda rəqib daha inamlı olur. Xüsusən də, geridə olanda aktiv olmağa çalışırlar. Oyun ərzində iki-üç dəfə 3-5 dəqiqə oyuna nəzarət etdilər. Amma ümumilikdə nəzarət bizdə idi. Bəlkə də qırmızı vərəqəni gözləmirdilər. Fasilədə göstərişlərimi verdim ki, diqqətli olmaq lazımdır.
 
- Uroş Matiç ayrılan Miçelin yerini doldura bilirmi?  
- Miçel olanda sistem olaraq fərqli oynayırdıq. Bu gün oyunçuların meydanda düzgün balanslaşdırılması üçün Matiç daha çox geridən oynayır. İdman formasına düşməsinə hələ var. Daha yaxşı Matiç görəcəyik. 4-5 ay məşq etmədən birdən-birə komandaya düşdü. Onun təcrübəsindən və ustalığından daha çox yararlanacağıq.
 
- Qarşıda yığmanın oyunları gəlir. "Qarabağ"ın 7-8 oyunçusu dəvət alıb. Bu sıx qrafik komandaya xeyir verərmi?
- Çox çətin olacaq. Futbolçu ən böyük yükləməni oyunda alır. Bərpa üçün də çox vaxt lazımdır. Ümumiyyətlə, təqvim çox sıxdır. Çempionat və avrokubok oyunları tez-tez olacaq. Əvvəlki illərdən daha sıx qrafik olacaq. Bu da futbolçunun hətta zədələnməsinə gətirib çıxara bilər. Özlərini daha yaxşı vəziyyətə gətirmək futbolçuların özlərindən asılıdır. İstirahətlərinə fikir verməlidirlər. Ola bilər ki, bəzi oyunların tempi aşağı düşsün. Bu günkü oyunun sürətsiz olduğunu düşünmək olar. Amma azarkeş olsaydı, daha sürətli oyun kimi görünəcəkdi.
 
- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmır. Sizin də gözlənilməz məğlubiyyətləriniz olub. Heç nə vaxtsa konfransa qatılmaq istəmədiyiniz olub?
-  Bir dəfə olub. "Qarabağ"da 3-cü, ya 4-cü oyunum idi. Stadiondan çıxmışdım, sonra geri qayıtmışdım. Azarkeşlər istefa şüarları səsləndirmişdilər. Amma sonra qayıtdım və normal konfrans keçdi.
 
- Bu gün Bədavi-Medina tandemi kifayət qədər kobud səhvlərə yol verdilər. Bu, müdafiədəki problemin göstəricisi deyil?
- Daha yaxşı müdafiə xətti görəcəyik. Belə səhvləri düzəltmək olar. Həm Bədavi, həm də Kevin təkbətək mübarizələrdə nadir hallarda uduzurlar. Bəli, səhvlər var idi. Bu da yorğunluqdan irəli gəlir. Orqanizm yorulanda düzgün qərar vermək çətin olur. Daha dəqiq oynamalı düşünməli və bacarmalıdırlar.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

16:02

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

14:57

KL: Liqa mərhələsinə vəsiqə uğrunda 24 oyun

14:05

"Araz-Naxçıvan" "İmişli" ilə oyuna bir itki ilə çıxacaq

13:44

Dünya Seriyası: Azərbaycan millisi uduzdu, “Neftçi SOCAR” gözləyir

13:06

Azər Bağırov "Qarabağ"a qarşı tam heyətlə mübarizə aparacaq

12:38

Romero "Atletiko"nun şərəfini qoruyacaq - RƏSMİ

12:11

Avropa Liqasında bütün pley-off cütləri bilindi

11:40

1-ci Liqa nə vəd edir? - İddialıların imkanları, ortababların isə sayı artıb

11:15

Debütant ilk matça itkisiz çıxacaq

10:54

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 4-cü tura yekun vuruldu - Nəticələr/Fotolar

10:08

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:41

İmmobile karyerasını başa vurdu

09:00

MPL: "İmişli" "Araz-Naxçıvan"a qarşı, çempion "Sabah"ın "Kəpəz"lə ÇL "məşq"i

01:43

Super Liqa: "Qalatasaray" doğma meydanda "büdrədi"

14 Avqust 2026
23:36

"Başlanğıc üçün vacib qələbə idi" -Kurban Berdıyev

23:11

Kaxaber Tsxadadze "Turan Tovuz"la matçdan sonra belə danışdı

22:45

"Çelsi" "Mançester Yunayted"in 15 yaşlı gəncini qaçırır

22:05

"Fənərbağça" TFF-yə müraciət edir: "Konyaspor" matçı təxirə salınsın

21:41

"Neftçi" İmad Farajla yollarını ayırdı

21:27

MPL: "Turan Tovuz"a 1 qol bəs etdi

21:09

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X