18:04 07.09.2020 1072

Ümit Karan: "Neftçi" "Qalatasaray"ı keçə bilər, amma sürpriz gözləmirəm"

Türkiyə millisinin və "Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karanın "Report”a müsahibəsi

- Bu yaxınlarda həvəskar komanda ilə anlaşdınız. Yenidən yaşıl meydanlara qayıtmağınızla bağlı nə deyə bilərsiniz?
- Əslində bu, yaşıl meydanlara qayıdış deyil. Sadəcə, həvəskar futbola dəstək olmaq məqsədilə reklam xarakterli bir iş gördük, fərq yaratdıq. Yəni, bu, mənim futbolçu karyeramı bərpa etmək anlamına gəlməməlidir. Həvəskar futbolun da önəmli olduğunu göstərməyə çalışdıq.

- Karyeranızı bitirdikdən sonra hansı işlə məşğul olursunuz?
- Baş məşqçi kimi fəaliyyətimi davam etdirirəm. Bu yaxınlarda "Neftçi”yə uduzaraq Avropa Liqasında mübarizəni dayandıran "Şkupi” komandasına başçılıq edirdim.

- "Neftçi” – "Şkupi” oyununu izləmisiniz?
- Bəli, izlədim.

- Azərbaycan təmsilçisi ilə bağlı fikirləriniz necədir?
- Məncə, "Neftçi”nin bəxti gətirdi. "Şkupi” mərhələni keçə bilərdi.

- "Neftçi”nin oyununda hansı çatışmazlıqları gördünüz?
- O qədər detallı izləyə bilmədim. Sadəcə, matçın icmalına baxdım. Rəqib azlıqda qalmasaydı, "Neftçi” üçün daha çətin ola bilərdi.

- Necə düşünürsünüz, bu, pandemiyaya görə Azərbaycan Premyer Liqasının yarımçıq dayandırılması ilə bağlı ola bilərmi?
- Hər yerdə eyni vəziyyət idi. Düzdür, pandemiya bu müddət futbola təsir göstərib. Amma şərtlər eyni idi. Tək Azərbaycanda yox, bütün dünyada belə idi.

- "Neftçi” II təsnifat mərhələsində "Qalatasaray”la qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- İki qardaş ölkənin komandaları bir-birinə qarşı oynayacaq. Kaş, qarşılaşma azarkeşlərin iştirakı ilə keçirilər, Bakıda azarkeşlərimiz də görüşü izləyərdi. "Qalatasaray” aşkar favoritdir.

- "Qalatasaray” son vaxtlar yaxşı oyun sərgiləmir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Hər mövsüm çempion olacaqlar deyə bir şey yoxdur. Ötən il yaxşı çıxış etmədilər. Amma "Qalatasaray” avrokuboklarda hər zaman yaxşı oynayır. Bu mövsüm Türkiyə Super Liqasında çempionluğa ən real namizədlərdən biridir.

- Bayaq "Neftçi”nin "Şkupi” ilə oyunda şanslı olduğunu qeyd etdiniz. Sizcə, "Qalatasaray”ın da Avropa Liqasına vəsiqə qazanmaqda bəxti gətirmədi?
- Ola bilər. Amma nəticə etibarilə avrokuboklarda iştirak edəcəklər. "Qalatasaray" böyük təcrübəyə malik komandadır, həmişə yaxşı çıxış edir, Fatih Terim amili var. "Neftçi”nin işinin çətin olduğunu düşünürəm.

- "Neftçi” nəyin sayəsində mərhələ adlaya bilər?
- Bu, futboldur. Kimsə nəticəni müəyyənləşdirə bilməz. Amma futbol sürprizlərlə doludur. İstənilən halda, "Neftçi” üçün çox çətin olacaq.

- "Neftçi”nin "Qalatasaray”ı keçməsi sensasiya sayıla bilərmi?
- Mən hansısa sürprizin olacağını düşünmürəm.

- Bəs, olsa necə?
- Futbolda hər şey mümkündür. "Bavariya” "Barselona”ya 8 qol vurdu. Bunun özü də sürpriz idi. Futbolun nəticəsi əvvəldən bilinmir. "Qalatasaray” öz günündə olmaya və uduza bilər. Amma bunlar çətin ehtimallardır.

- Vaxtilə vurduğunuz qollarla "Qalatasaray”a vacib qələbələr qazandırmısınız. Son illər sanki Türkiyə futbolunda yerli hücumçu problemi var...
- Bəli, hazırda belə bir problemimiz var.

- Əslində bu Azərbaycanda da, digər ölkələrdə də var. Burak Yılmazdan sonra sanki yüksək səviyyəli hücumçu yetişmir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Burak var, Cenk Tosun var. Amma onlar da karyeralarının sonuna yaxınlaşırlar. Bunlardan sonra yetişən forvardlar yoxdur. Milli komanda da hücumçu sarıdan əziyyət çəkir. Serbiya ilə UEFA Millətlər Liqasının oyununda da bunun şahidi olduq. Ümumiyyətlə, bütün dünyada hücumçu problemi hiss olunur. Ən böyük sıxıntı isə Türkiyədədir.

- Bakıya səfər etməyi düşünürsünüz?
- Azərbaycanı, Bakını çox sevirəm. Bir-iki dəfə gəlmək fürsətim olub, amma alınmayıb. Əslində Azərbaycan yığmasına qarşı bir dəfə oynamışam. Bu görüş Türkiyədə keçirilib. Amma Bakıdakı görüşlərin heç birində iştirak etməmişəm. Ümid edirəm ki, nə vaxtsa ölkənizdə də çalışmaq imkanım olar.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

22:44

Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi İsveçə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X