14:04 03.10.2020 4465

Ya şəhid, ya qazi, ya qalib!

Bəlkə də qədər idi, bəlkə də təsadüf... "Qarabağ”ın "Mölde”ylə matçda bəxtinin gətirməməsi və ikinci Qarabağ savaşının qızğın dönəmində Varşavada - "Polşa Ordusu" stadionunda "Legiya”ya qarşı mübarizə aparması yetərincə mistik və patriotik alındı. 

Norveç təmsilçisini görüşün taleyini "lotoreya” müəyyənləşdirdiyinə görə mübarizədən kənarlaşdıra bilməyən (bu aralar, dırnaqda və ya dırnaqsız Qarabağ adı olan yerdə yenilgi sözünü yazmaq mənəvi yasaqdı) ağdamlılar, sanki, rəqibinə hərbi adı olan arenada gücünü göstərməliydi.

Təbii, Polşa işğalçı Ermənistanla ata-baba yurdunun azadlığı uğrunda döyüşən Azərbaycan xalqının haqq savaşına seyirci mövqeyindən baxır. Sözügedən ölkə ilə siyasi baxımdan hər hansı problemimiz yoxdu. Ancaq uzun illərdi dünyaya futbol vitrinindən Azərbaycan həqiqətlərini çatdıran tağımın ortaya qoyduğu cəsarət və peşəkarlığı sıradan idman zəfəri saymaq absurddu. "Qarabağ” döyüşməyi bacaran ölkənin qəhrəman əsgəri kimi çarpışdı, 3:0 hesablı darmadağınla qürurlandırdı! Əlbəttə, döyüşün xırdalıqlarını incələmək geniş təhlil istəyən mövzudu. Futbolla yaxından maraqlanmayanların belə, izlədiyi matçda qarşı tərəfi topa tutan azərbaycanlıların uğurunu bu yazıda sırf futbol prizmasından dəyərləndirmək niyyətindən uzağam. Yerlilər yüksək motivasiyanın alovunda qovrula-qovrula çarpışdılarsa, gəlmələr şərəfli legioner statusuyla tər tökdülər.

Qurban Qurbanovun rəhbərliyi altında Avropa futbolunun qapısından çoxdan içəri keçən "atlılar” yenə - ardıcıl yeddinci dəfə (1 ÇL, 6 AL) qrupdadı. Başqa sözlə, siyasətə yaxın futbolun nüvəsində... Məncə, indiki dönəmdə Azərbaycan çempionunun məhz AL-də mücadilə etməsi daha məqsədəuyğun, daha cəlbedicidi. İnanaq ki, ordumuz strateji yüksəklikləri, yaşayış məntəqələrini terrorçulardan təmizlədiyi zaman kəsiyində köhnə-yeni çempion da Azərbaycan üçün yeni qələbələr qazanacaq. Bunu ən həssas anlarda əzəmətini ortaya qoymağı bacaran tağımdan gözləməyin özündə bir qucaq ümid, bir qucaq da əminlik var. Gerisini zaman göstərəcək. Hər üçündən məmnuniyyət duyan ruhlara əbədi olaraq yenilgi yoxdu. Şübhəsiz, idman və döyüş meydanlarındakı ordularımnız üçün ana lozunq dəyişməyəcək: ya şəhid, ya qazi, ya qalib!
 
Nihat Ağasoy
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2024
19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:58

MPL: "Sabah" "Qəbələ"yə uduzdu, "Sumqayıt" "Səbail"ə qarşı - YENİLƏNİR

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

17:00

"Neftçi" ilə matça çox vacib oyunçular olmadan çıxmışdıq" - "Kəpəz"in qapıçısı

16:11

İtaliyada ayın ən yaxşısı bilindi

15:30

"Hakimlər qələbəmizi əlimizdən aldılar" - Rüstəm Məmmədov

14:58

"Fənərbağça"nın qoleadoru tarixə düşəcək - Bu təklifə "hə" desə

14:22

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

14:01

"Panathinaikos" Fateh Terimi göndərib bu türk məşqçini gətirir

13:32

Ozan Can mövsümü qolla başa vurdu

13:00

Həbib Nurməhəmmədovun 300 milyon borcu üzə çıxdı

12:25

Polşalı hakim AÇ-nin açılış oyunundan uzaqlaşdırıldı - ÇL-dəki səhvə görə

Facebookdan bizi izləməyi unutmayın.
X