23:39 11.11.2020 898

Samir Abasov: "Ən yüksək hədəflər üçün "Neftçi"dəyik"

"Əvvəldən müraciət yox idi. Ümumiyyətlə, "Neftçi"də bu cür söz-söhbətlər də yox idi. Komanda baş məşqçisi ilə yola davam edirdi. Mənə qədər olan söhbətlərin çox da içərisində olmamışam. Öz barəmdə onu deyə bilərəm ki, mənimlə danışılmamışdı. Qərar anidən və bu gün oldu".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasında yayımlanmış "Həmsöhbət" verilişində söyləyib. 42 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi - prezident Kamran Quliyevlə danışıb: "Aramızdakı söhbət bir neçə saat davam etdi. Müqavilənin şərtləri barədə klubun Mətbuat xidməti məlumat verər. Bu, mənim üçün həqiqətən fəxrdir. Gələcək planlar haqqında növbəti verilişlərdə danışarıq. Amma şükürlər olsun ki, bu cür komandanın baş məşçisi olmaq mənə qismət oldu".

Abasov 2004-cü ildə futbolçu kimi "Neftçi"də çempion olduğunu xatırladıb: "Həmin il ölkə kubokunu da qazandıq və qızıl dubl etdik. İndi bura baş məşqçi kimi gəlirəm. "Neftçi"də futbolçu və ya baş məşqçi olmaq başqa hissdir. Onun tarixinə imza atmaq tamam başqa hissdir. Bu ümidlə və arzu ilə yaşayıram. Necə ki, futbolçu olanda yaşamışam".

Gənc baş məşqçi paytaxt təmsilçisindəki hədəflərindən də söz açıb: "Mənim yerimə burada kim oturursa-otursun özünün yox, "Neftçi"nin hədəfindən danışmalıdır. "Neftçi"nin hədəfləri həmişə yüksək olub. Mənim də həm arzum, həm də istəyim hədəflərə birlikdə çatmaqdır. Ən yüksək hədəflər üçün buradayıq".

Abasovun fikrincə, çempionatdakı əksər komandalar eyni gücdədir və bir-birilərindən xallar ala bilirlər. Mütəxəssis qış transfer dönəmindəki transferlər barədə danışmağın tez olduğunu söyləyib: "Hazırda "Neftçi"dəki futbolçular mənim bəyəndiklərimdir. Onların keyfiyyəti, potensialı məni qane edir. Əsas onların içinə düşməkdir ki, görək meydanda nələr edə bilirlər. Sabah məşqlərə başlayacağıq. Mənim üçün bir az mənfi olan odur ki, oyunçular azdır. Çoxları milli komandalardadır. Noyabrda buraya baş məşqçi gəlmişəmsə, hər vaxt bizim üçün qızıla bərabərdir".

Mütəxəssis hər zaman birlikdə işlədiyi köməkçilərin onun yanında olacağını sözlərinə əlavə edib: "Klubdakı digər köməkçilərin taleyi rəhbərliklə danışandan sonra müəyyənləşəcək".
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X