Neftçi"nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo” (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
- Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. Çünki çempionatları davam edir. Çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Penalti zərbələri üzərində çalışırsızmı?
- Komanda olaraq, yox. Amma mənim üçün penalti vurmaq maraqlıdır. Penaltilər üzərində hər zaman çalışıram.
- "Dinamo" sizdən hansı komponentdə üstündür?
- Deyə bilmərəm. Çünki baş məşqçimiz bu barədə bizə lazım olan məlumatları verir. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.
- Səfər qolunun ləğvi haqda nə düşünürsüz?
- Açığı, bunun tərəfdarı deyiləm. Çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq.
Mirağa