Bu gün dünyanın fərqli nöqtələrində yaşıl meydanlarda bir-birindən maraqlı qarşılaşmalar keçiriləcək. Sözsüz ki, mərc həvəskarları da bu qarşılaşmalara təxminlər yazıb, sevinmək və qazanmaq istəyəcəklər.
Bəs bu oyundan nə gözləmək olar? Qarşılaşma ilə bağlı "Münəccim"in proqnozunu təqdim edirik. Bu qarşılaşmalardan ikisi – “Sabah” – “Qəbələ” və “Beşiktaş” – “Yeni Malatyaspor” qarşılaşmaları ilə bağlı proqnozlarımızı təqdim edirik.
“Sabah”
Masazırı təmsil edən komanda əla heyətə malikdi. Bu heyət Azərbaycan Premyer Liqasında mükafatlar uğrunda mübarizə apara bilər. Amma ilk iki turda “Sabah” istədiyi nəticəni əldə edə bilməyib. İlk turda “Səbail”ə, daha sonra isə “Sumqayıt”a uduzan Ramin Quliyevin komandası üçün “Qəbələ” tilsimi qırmaqdan ötrü münasib rəqibdi.
“Qəbələ”
Elmar Baxşıyevin çalışdırdığı komandanın nəticələrinə və oyununa həsəd aparmağa dəyər. “Qırmızı-qaralar” ilk turda “Neftçi”ylə 2:2 hesablı bərabərliyə razılaşıb, daha sonra doğma meydanda “Keşlə”ni məğlub etməyi bacarıb. Heç şübhəsiz ki, əyalət təmsilçisi Masazıra yüksək əhval-ruhiyyədə gəlir və uğurun davamını gətirməyə israrlıdılar.
Proqnoz
Hər iki komandanın baxımlı və açıq oynayacağına, qarşılıqlı qollar vurulacağına inanmaq olar. “Sabah” qələbəyə yaxın görünsə də, “Qəbələ” asanlıqla təslim olmayacaq.
18:00. “Sabah” – “Qəbələ” – proqnoz: üst. Əmsal: 1.95.
“Beşiktaş”
“Qara qartallar” bu mövsüm keçirdikləri üç oyunun ikisində qələbə qazanıb, birində heç-heçə ediblər. Komandanın Türkiyə səviyyəsində sabit heyəti, əla azarkeşləri var. Sərgən Yalçının komandası qapısını toxunulmaz saxlamağı da yaxşı bacarır. Heç şübhəsiz ki, bu axşamkı görüşdə də meydan sahibləri qələbə üçün əllərindən gələni edəcəklər.
“Yeni Malatyaspor”
Malatya təmsilçisi üçün mövsüm pis başlamışdı. İrfan Buzun çalışdırdığı komanda “Trabzonspor”a doğma meydanda 1:5 hesabıyla uduzandan sonra toparlandı və ardıcıl iki görüşdə qələbə qazandı. Bunun sayəsində də hazırda “Yeni Malatyaspor” turnir cədvəlinin ortalarında özünə yer edə bilib.
Proqnoz
Hər iki komandanın qol vurmaq bacarığı var. Deməli, bu axşamkı qarşılaşmadan qarşılıqlı qollar gözləməyə dəyər. Qol sayının azı üç olacağını düşünürük.
21:00. “Beşiktak” – “Yeni Malatyaspor” – pronoz: üst. Əmsal: 1,58.
Qeyd edək ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.