12:09 13.09.2021 392

PFL əvəzetmə sayını niyə artırmır? - Ramin Musayevdən açıqlama

Avrokubok oyunlarında, eləcə də bir çox xarici çempionatlarda əvəzetmə sayı artırılaraq 5-ə çatdırılıb. Azərbaycan Premyer Liqasında isə əvvəlki kimi, hələ də 3 oyunçu dəyişikliyinə icazə verilir. İki-üç liqa var ki, əvəzetmə limiti dəyişilməyib, onlardan biri də bizim çempionatdı. 

PFL niyə görüş ərzində daha çox oyunçu dəyişikliyinə icazə vermir? Məsələyə aydınlıq gətirmək üçün qurumun prezidenti Ramin Musayevə müraciət etdik:
"Bizdə bu tip məsələlər səsvermə yolu ilə həll olunur. Bir komandanın istəyi ilə qərar qəbul edə bilmərik. Çempionat ərəfəsində 8 komandanın hamısına müraciət olunub. Onlardan 6-sı 3 dəyişikliyin tərəfdarı olub. Ona görə də əvəzetmə limitini dəyişmədik və əvvəlki qərar qüvvədə qaldı. Ancaq Azərbaycan kubokunda əvəzetməni dəyişmişik, orda 4 dəyişikliyə icazə verilir". 

Musayev bu yöndə müzakirənin artıq qapandığını deyib: 
"Məsələni yenidən müzakirəyə çıxarmağa ehtiyac yoxdur. Çünki artıq çempionat başlayıb. Bir daha deyirəm, çempionatdan əvvəl klublarla danışmışıq, onların rəylərini nəzərə almışıq. Şəxsi mövqeyim necədir? Bütün komandalar eyni gücə, eyni büdcəyə malik olsaydı, limiti artırmaq əks-effekt verməzdi. Ancaq gəlin reallığı nəzərə alaq, "Qarabağ" ehtiyat oyunçular skamyasında ürəyiniz istəyən qədər futbolçu var. Eləcə də "Neftçi"nin də ehtiyat qüvvəsi kifayət qədərdir. İndi gəlin "Sumqayıt"a, "Səbail"ə, "Keşlə"yə, "Zirə"yə baxaq, o qədər oyunçusu varmı? Dərinə getsək, "Qəbələ" bəlkə də iki dəyişikliyin tərəfdarıdır. Hər şeyi nəzərə almaq lazımdır".  

PFL prezidenti çempionatın ilk 3 turunu da dəyərləndirib: "Çox maraqlı çempionat keçir. Kaş ki mövsümün sonuna qədər belə maraqlı oyunlar olaydı. Məsələn, dünən "Neftçi" - "Qarabağ" oyunu çox maraqlı keçdi. Sizi inandırıram ki, vaxtilə stadiondan canlı izlədiyim "Sevilya" - "Barselona" matçından daha həyəcanlı idi. Bu müqayisəmi kim necə istəyir başa düşsün, necə istəyir qəbul etsin, mən reallığı deyirəm. Autsayder gözü ilə baxdığınız komandalar da mövsümə yaxşı başlayıb. "Səbail" - "Sumqayıt" görüşü heç də "Neftçi" - "Qarabağ" qarşılaşmasından geri qalmadı. Həmin oyunda da gərgin, maraqlı mübarizə getdi. Adətən çempionat yeni başlayanda premyer liqa təmsilçiləri sönük təsir bağışlayır, ancaq büdcəsindən asılı olmayaraq, hər bir komanda özünü yaxşı tərəfdən göstərməyə çalışır. Mən "Səbail"i tərifləyəndə, çoxları bunu başqa tərəfə yozurdu. Ancaq dünən hamı bu komandadan danışırdı. Az büdcə ilə elə komanda yaratmaq... Şəxsən "Səbail"in rəhbərliyinə və baş məşqçisi Aftandil Hacıyevə minnətdarlığımı bildirirəm. Halal olsun!"  

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Oktyabr 2021
15:28

Bir günə iki oyun keçirdi, het-trik etdi - FOTOLAR 

15:25

Parisdə çempion olan Balabəy: "Qızıl" təsəvvür etməmişdim"

14:08

Qapıçı buraxılan qola görə komanda yoldaşını döydü - FOTO

14:00

Ronaldu qəzəbləndi

13:44

A Seriyası: Mərkəzi görüş bu gün

13:24

"Liverpul"dan səfərdə qol yağışı - VİDEO

13:11

Futbol dünyasının ən məşhur cütlüyü ayrıldı - ŞOK SƏBƏB

12:13

"Salah Messiyə çevrilir" - Lineker

11:55

"Nyukasl" nə qədər xərcləyə biləcək? - MƏBLƏĞ

11:36

Mahir Emreliyə böyük maraq: Avropa klubları oyununu izləməyə gedir - SİYAHI

11:30

APL: "Qarabağ"la "Neftçi" dövrəyə səfərdə yekun vurur

11:08

"Xan Lənkəran" ilk səfər matçından qalib döndü

10:31

"Böyük Dəbilqə": Daha üç cüdoçumuz mübarizə aparacaq

08:00

Konfrans Liqası: "Kayrat" Bakıya qalib gəlir

01:55

Liqa 1: "Lion" "Monako"nu yendi

01:41

La Liqa: IX tur start götürdü

00:04

Nazir Fransada çempion olan cüdoçumuzu təbrik etdi

16 Oktyabr 2021
23:37

Almaniya Bundesliqası: "Borussiya" və "Herta"dan qələbə

23:04

Türkiyə Superliqası: IX turun oyunları davam edir

22:18

İPL: "Liverpul"dan darmadağın, "Mançester Yunayted" uduzdu

22:13

“Qarabağ” – “Kayrat”: Biletlər satışa çıxarılır

22:07

Qəbələdə qalib müəyyənləşmədi - VİDEO

21:48

Avropa Kuboku: Cüdoçularımız medal qazana bilmədi

21:10

"Böyük Dəbilqə": Millimizdən "qızıl" və "bürünc"

21:03

"Mançester Yunayted" "Lester"ə məğlub oldu - VİDEO

20:53

Rəşad Sadıqov: "Bunlar qəti şəkildə xoşlamadığım şeylərdir"

20:08

"İnsidenti qabartmağa ehtiyac yoxdur" - Elmar Baxşıyev

19:32

Aftandil Hacıyevdən yenilgiyə şərh: "İşimiz getdikcə çətinləşəcək"

19:02

Yunan futbolçunu Qəbələdə vurdular 

19:00

Sənan Qurbanov: "Məğlubiyyətlər komandada xarakter formalaşdırdı"

18:41

Qəbələdə sülh, “Keşlə”dən qələbə - YENİLƏNDİ

18:27

"Keşlə" daha bir sabiq oyunçusunu qaytardı

17:40

Kamran Ağayev "CBC Sport"un mikrafonunu çıxartdı - OYUNDANKƏNAR

17:30

"Keşlə" "Səbail"ə qalib gəldi - VİDEO

17:00

Ronaldudan sevgilisinə 105 minlik hədiyyə - FOTO

16:47

Sadio Mane Premyer Liqanın tarixinə düşdü

16:22

İbrahimoviç bu gün meydana çıxa bilər

15:56

Makqreqor Mourinyuya viski içirtdi - FOTOLAR

15:30

19 şahmatçımız Avropa birinciliyinə qələbə ilə start verdi

15:06

Mourinyu Premyer Liqaya qayıdır?

Facebookdan bizi izləməyi unutmayın.