AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şimal-Qərb regionuna səfəri çərçivəsində Oğuz rayonuna səfər edib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Oğuz Olimpiya Kompleksinin meydançasında azyaşlı futboçularla görüşən E.Məmmədov federasiya adından uşaqlara top və futbol formaları hədiyyə edib.
Səfəri zamanı icraçı vitse-prezident növbəti həftə başlayacaq aşağı yaş qrupu üzrə liqalarda çıxış edəcək futbolçulara uğurlar arzulayıb.