16:47 01.10.2021 802

"Buqrinlə Zubirə qarşı oynamaq çətindir" - Rahid Əmirquliyev

"Səbail"in üzvü Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Premyer-liqanın 5-ci turunda meydana çıxaraq çempionatda ən çox oyun keçirən futbolçu oldun. 422 görüşdə iştirak edərək rekordu yenilədin. Son 74 oyunu isə “Səbail”in heyətində keçirmisən. Bu barədə nə düşünürsən?
- Bəli, 5-ci turda rekorda imza ataraq, çempionatda ən çox oyun keçirən futbolçu oldum. Bu, həmçinin “Səbail”də 74-cü oyunum idi. Burada da ən çox oyun keçirən futbolçulardanam. Bu mənim üçün xoş gün və xoş xatirə idi. Mənə daha çox matça çıxmaq üçün əlavə motivasiya verir. Heç vaxt düşünməzdim ki, nə vaxtsa çempionatda bu qədər oyun keçirərəm. Hətta rekordu yeniləyərəm. Daha çox görüşdə meydana çıxaraq, bu rəqəmi artırmaq istəyirəm.

- Premyer-liqanın ən çox oyun keçirən futbolçusu olaraq, sənin üçün ən yaddaqalan mövsüm hansı olub?
- Ən yaddaqalan mövsüm 2006/2007-ci il “Xəzər-Lənkəran”ın heyətində keçirdiyim ilk mövsümdü. Həmin il çempion olmuşduq. Bu, həm də mənim ilk çempionluğum idi.

- Bu müddət ərzində 33 qol vurmusan. Bəs ən yaddaqalan qolun hansı olub?
- Bütün qollarım yadımdadı. Lakin “Qarabağ”da oynayarkən “Neftçi”yə vurduğum qol (25.10.2016 “Qarabağ” - “Neftçi” 2:0) yaddaşımda xüsusi yer edib.

- Fikrincə, hazırda premyer-liqada ən çətin rəqib oyunçu kimdi?
- “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin və “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubiri qeyd edə bilərəm.

- Keçən mövsüm premyer-liqada rəqabət olduqca güclü idi. Yeni mövsümü necə dəyərləndirirsən?
- Çempionat keçən il maraqlı keçdi. Yüksək rəqabət var idi. Bu mövsümün də ən az keçən ilki qədər maraqlı keçəcəyini düşünürəm. Çempionatda 8 komanda ilə rəqabət belədirsə, region klubları da olsaydı komanda sayı artar və daha maraqlı olardı.

- Gənc futbolçular meydanda təcrübənə əsaslanaraq səndən örnək alırlar. Kapitan kimi onlara necə dəstək olursan?
- Bizim komandada gənc futbolçular çoxdur. Gənclər qədər peşəkar, təcrübəli futbolçularımız da var. Biz həm təcrübə, həm də oyun baxımından çalışırıq əlimizdən gələn köməyi göstərək və bildiklərimizi öyrədək. Tək mən yox, digər təcrübəli futbolçular da gənclərlə danışır, onlara motivasiya verir.

- Gələcək planların və hədəflərin nələrdi?
- Mövsümün sonuna kimi “Səbail”lə müqaviləm var. Hər oyun maksimum güc sərf edib, komandaya dəstək olmağa çalışacağam. Özümdə o gücü hiss edirəm və növbəti ildə də oynamağı düşünürəm. Təbii ki, bunu zaman göstərəcək. Hazırda əsas məqsədim mövsümün sonuna kimi komandanın uğurları üçün çalışmaqdı.

- Kapitan olaraq “Səbail” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Yəni komanda üzvlərinin fanatlardan gözləntisi nədi?
- “Səbail” fanatları həmişə bizim yanımızda olur, dəstəkləyirlər. Biz də onları sevindirməyə çalışırıq. Keçən il pandemiyaya görə stadiona gələ bilməsələr də, onların dəstəyini hiss edirdik. Mən və komanda yoldaşlarımın azarkeşlərdən istəyi həmişə yanımızda olub, uğurlara daima birlikdə sevinməyimiz olacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X