10:46 03.10.2021 1010

Kamran Ağayev "Ederson"luq etsə də... - OYUNDANKƏNAR 

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Səbail" doğma meydanda "Neftçi"ni qəbul etdi.

Olduqca maraqlı keçən görüşdə oyundan kənarda baş verənlər də diqqətimizdən qaçmadı. 

 Qarşılaşmanın ən əlamətdar hadisəsi Rahid Əmirquliyevin milli çempionatda 422-ci oyununa çıxaraq rekorda imza atması oldu.

* Oyun Rahidin mükafatlandırılması ilə başladı. PFL-in prezidenti Ramin Musayev futbolçuya PFL-in xatirə hədiyyəsini təqdim edib ona gələcək karyerasında uğurlar arzuladı. 32 yaşlı yarımmüdafiəçini meydanda olan hər kəs - azarkeşlər, rəqib komandanın futbolçuları və fanatları da alqışladı. 

* Oyun başlayan dəqiqədən azarkeşlərin "çıxardığı oyun"lar diqqət çəkdi. Etiraf etmək lazımdır ki, ənənəvi olaraq "Neftçi" azarkeşləri xüsusilə fərqlənirdi. Matçdan öncə meydanın ətrafında kiçik fleşmob təşkil edən "Forza Neftçi" azarkeşləri oyun boyunca da sevimli komandalarına gur dəstək  nümayiş etdiriblər.

* Daha bir sevindirici və diqqət çəkən məqamlardan biri də oyunu ailəvi izləyənlərin olması idi. Kimi nəvəsi ilə, kimi uşaqları ilə, hətta ailəvi halda tribunaya gələnlər də vardı. Azyaşlı azarkeşlərin futbolçuları dəqiqliklə tanımaları xüsusi maraq doğururdu.

* Meydanda olan topdaşıyan uşaqların əvəzlənməsini bəlkə də bir çoxumuz müşahidə etməmişik. Oyunun ikinci hissəsi başlayanda bir qrup yeniyetmə təlimatlandırılıb meydandakı həmkarlarını əvəz etdi.

* Oyunun 44-cü dəqiqəsində hər iki komandanın azarkeşləri Vətən müharibəsi şəhidlərini yad etdi. "Səbail"in fanatları "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirirdi. "Forza Neftçi" isə ayaq üstə bir dəqiqəlik əskər salamı ilə şəhidlərimizə öz ehtiramlarını bildirdi.

* "Səbail"in tanınmış qapıçısı Kamran Ağayev bir neçə dəfə meydanın mərkəzinə kimi irəliləməsi "Mançester Siti"nin qapıçısı Ederson Moraesi xatırladırdı. Maraqlısı budur ki, komandanın baş məşqçisi Aftandil Hacıyev görünür bunu normal qarşılayır. Çünki qapıçıya iradı nəzərə çarpmadı.

* Oyunda rəqib futbolçular arasında xüsusi gərginlik hiss olunmadı, əksinə futbolçular qarşı komandanın oyunçularının zədələndiyini gördükdə "centlmen" sayağı jestlərlə diqqət çəkirdi.

Qeyd edək ki, görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X